Paşinyan: “Müxalifətin istefa tələbi xalqın dəstəyini qazanmadı”

Ermənistanın Baş naziri Nikol Paşinyan 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə baglı siyasi qüvvələrlə məsləhətləşmələrə hazırdır. Paşinyan bu barədə cümə günü özünün Facebook səhifəsində yazıb.

 

Onun sözlərinə görə, müxalifətin istefa tələbləri xalqın dəstəyini tapmadı.

 

“Baş nazir kürsüsündən yapışmıram, amma xalqın mənə verdiyi baş nazir vəzifəsini də ata bilmərəm” deyə o yazıb. Eyni zamanda, Paşinyan “xalqın qərarı ilə” baş nazir postunu tərk etməyə hazırdır.

 

Bunun cavabını tapmaq üçün yalnız bir yol var – növbədənkənar parlament seçkiləri keçirmək. Bu səbəbdən Paşinyan parlament qüvvələrini, eyni zamanda parlament olmayan partiyaları da məsləhətləşmələrə dəvət edid.