XİN-də həbslər davam edir
XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev saxlanılıblar. Bu barədə Dövlət Təhlkəsizlik Xidmətinin iyulun 10-da yaydığı məlumatda deyilir.
Məlumata görə, bu şəxslər tabeçiliklərindəki şəxslər vasitəsilə çoxsaylı xaricilərin vəstətlərinin qısa müddətdə həll edilməsi müqabilində müntəzəm surətdə rüşvət almaqda şübhəli bilinirlər.
Məlumatda vurğulanır ki, cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirli bilinirlər, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Iyulun 3-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycan Xarici İşlər Nazirliyində əməliyyat keçirdi Əməliyyat Nəicəsində Nazitliyin İşlər İidarəsinin rəisi Fərhad Mollazadə, Maliyyə İdarəsinin rəsi Səlim Əlizadə, qanunazidd əməllərə görə saxlanılıblar.
* * *
2020 İyul 10 (Cümə) 20:02:35
Xarici İşlər Nazirliyin daha bir əməkdaşı saxlanıldığı bildirilir
Bakı/10.07.20/Turan: İyulun 10-da Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi, Azərbaycanın Türkiyədəki keçmiş səfiri Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Bu barədə Turana XİN-dəki mənbə məlumat verib.
Məlumata görə, Bağırov şübhəli şəxs qismində saxlanılıb və onun məhkəmə qarşısında çıxarılması gözlənilir.
Bağırov mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və vəzifə səlahiyyətlərindən sui-istifadə əməllərində təqsirləndirilir.
İyulun 3-də Xarici İşlər Nazirliyin İşlər idarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev həbs olunub.
Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.