Navalnıya 30 sutka həbs cəzası verildi: Yanvarın 23-dən Rusiyada mitinqlər başlayır

Bu gün Rusiyanıı Ximki rayon məhkəməsi müxalif siyasətçi Aleksey Navalnının 30 sutka inzibati həbs olunması barədə qərar çıxarıb və o “Matrosskaya tişina” istintaq təcridxanasına yerləşdirilib. Məhkəmə iclası prosesual qanunvericiliyə zidd olaraq polis idarəsinin binasında keçirilib.

 

Siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib ki, Navalnı əsassız olaraq, bundan əvvəl onun barəsində qaldırılmış cinayət işi üzrə “öhdəliklərə əməl etməməkdə” təqsirli bilinib.

 

Yarmış  yanvarın 23- dən Navalnı tərəfdarlarının mitinqlərə başlayacağını bildirib. Bu gün Moskvada Navalnının həbsinə etiraz edən onlarla vətəndaş saxlanılıb.

 

Qeyd edək ki,  ötən ilin avqust ayında  Navalnı səhhəti qəfildən pisləşdikdən sonra koma vəziyyətində Almaniyaya aparılıb. Onun Rusiyada “Noviçok” zəhəri ilə zəhərləndiyi, bu əməliyyatda Rusiya xüsusi xidmət orqanlarının iştirak etdiyinə dair ciddi sübutlar ortaya qoyulub.

 

Basta