Ukraynadan Azərbaycana müntəzəm aviareyslər gələn aydan bərpa edilir
“Ukrayna Beynəlxalq Hava Yolları” şirkəti gələn aydan Kiyev-Bakı-Kiyev istiqamətində aviareysləri bərpa edəcək.
Şirkət martın 28-dən başlayaraq əvvəlki uçuş marşrutlarını tədricən bərpa etməyi planlaşdırdığını açıqlayıb.
Məlumatda bildirilir ki, həmin tarixdən Kiyevdən Bakı, Tbilisi, Yerevan, London, İstanbul, və digər istiqamətlərə uçuşlar bərpa olunacaq.
Azərbaycan Hava Yollarının (AZAL) sözçüsü Paşa Kəsəmənski BBC News Azərbaycancaya deyib ki, “AZAL və Buta şirkətlərinin müntəzəm uçuşlarının bərpası üçün sərhədlərin açılması lazımdır, buna isə Nazirlər Kabineti qərar verəcək”.
Hazırda pandemiya ilə əlaqədar Bakıdan bir neçə istiqamətə uçuşlar xüsusi reyslər vasitəsilə həyata keçirilir.
BBC News Azərbaycancanın Nazirlər Kabineti ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.
Nazirlər Kabineti sərhədlərin müntəzəm uçuşlara açılması barədə hələlik hər hansı açıqlama verməyib.