140 yeni yoluxma faktı, 2 nəfər vəfat edib
Sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 140 yeni fakt aşkarlanıb, 191 nəfər müalicə olunub, iki nəfər vəfat edib. Bu barədə fevralın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Ölkədə yoluxanların ümumi sayı 232 337 nəfər olub, onlardan 226 951 nəfər müalicə olunub, 3185 nəfər vəfat edib.
Hazırda aktiv xəstələrin sayı 2201 nəfərdir. Sutka ərzində Azərbaycanda 7631 test keçirilib.