Zaqatalada qar yağıb

Fevralın 17-dən başlayaraq Zaqatalaya qar yağıb.  Yerli sakinlərin bildirdiyinə görə, son illərdə rayon ərazisində bu qədər qar yağmayıb.

 

Hazırda rayonda havanın temperaturu -5 dərəcə, rütubətlik 41%, küləyin sürəti 11,1 km/s-dır. Gecə 10 dərəcə şaxta gözlənilir.

 

 

Foto və video Əhməd Ələkbərzadənin feysbuk səhifəsindən götürülüb.