Müsavat başqanı cərimələndi – Yenilənib

Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsinin əməkdaşları yenidən Arif Hacılının evinə gələrək, ona karantin qaydalarını pozduğuna görə 100 manat məbləğində cerimələndiyi haqqda protokol təqdim ediblər.

 

“Protokola qol çəkmədim, çünki qanunsuzdur. Qərardan şikayət verəcəyik” – deyə, Arif Hacılı “Basta”ya bildirib.

 

***

 

Müsavat başqanı Arif Hacılı polisə çağırılıb. Bu haqda o, özünün feysbuk səhifəsində məlumat yayıb.

 

“Yaşadığım ünvana polis gəlib. Məni polis idarəsinə çağırırlar” – deyə Müsavat başqanı qeyd edib.

 

“Mənə dedilər ki, 28-ci polis bölməsinə getməliyəm. Karantin qaydasının pozulmasına görə protokol yazılacağını bildirdilər” – Arif Hacılı, Bastanın sualına cavab olaraq bildirib.

 

Müsavat başqanına rəsmi caçığış təqdim olunmayıb. O bölməyə aparılarsa, bu barədə əlavə məlumat veriləcəyini deyib.

 

Xatırladaq ki, dünən Müsavat başqanı Arif Hacılı ilə birlikdə rayonlarda şəhid məzarlarını ziyarət edən müşaviri Azər İsmayıl Sabirabad polisi tərəfindən “maska taxmadığına görə” cərimələnib, müavini Səxavət Soltanlı isə Qaradağda polisə çağırilıb.

 

“Ziyarət zamanı bizim və bizimlə olan hər kəsin tibbi maskası olub, yalnız şəkil çəkilən zaman 1-2 epizodda tibbi maskaları çıxarmışıq deyə Sabirabad, Abşeron, Qaradağ polisi hərəkətə keçib. Bəzi dostlarımız artıq buna görə cərimələnib” -deyə, Səxavət Soltanlı bildirib.

 

“Respublikanın rayonlarında şəhidlərimizin məzarlarını ziyarət etməyimiz hakimiyyəti ciddi narahat edib”. Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk hesabında yazıb.

 

 

Basta