Qarabağda Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçiriləcək?

Yaxın vaxtlarda Qarabağda (Suqovuşan kəndi yaxınlığında) Ermənistan və Azərbaycan milli təhlükəsizlik xidmətləri rəhbərlərinin, Qarabag separatçıların lideri Araik Harutyunyanın və Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov iştirakı ilə görüşü baş tutacaq.

 

Bunu fevralın 18-də Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Ermənistan hökumətindəki mənbələrə istinadən məlumat verib.

 

Onun sözlərinə görə, görüş barədə razılıq Ermənistan Milli Təhlükəsizlik Xidməti rəisinin son Moskvaya səfəri zamanı Rusiya FSB-nin rəhbəri Bortnikovla görüşdə əldə edilib.

 

Turan

Minasyan yazdigina görə, qarşıdakı görüş iştirakçıları “infrastruktur məsələlərini” , əslində isə Qarabağın qalıqlarını Azərbaycana inteqrasiya etmək üçün addımları müzakirə edəcəklər”.

 

Qeyd edək ki, Ermənistan və Azərbaycan Təhlükəsizlik Xidmətlərinin rəhbərləri – Abazyan və Nagiyev, yanvar ayında Moskvada FSB rəisinin vasitəçiliyi ilə və daha sonra Ermənistan-Azərbaycan sərhədində görüşmüşlər.

 

Erməni tərəfin verdiyi məlumata görə, belə bir görüş və eyni tərkibdə 12 fevralda Qarabağda keçirildi, burada tərəflər əsir mübadiləsi və birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin axtarışı daxil olmaqla humanitar məsələləri müzakirə etdilər.