Levon Aronyan Ermənistandan imtina etdi
Levon Aronyan bundan sonra Ermənistan Şahmat Federasiyasını təmsil etməyəcək. O, yarışlara ABŞ bayrağı altında qoşulscaq və Sent-Luisdə yaşayacaq. Bu haqda Aronyan özünün Facebook səhifəsində yazıb.
Aronyanın federasiyasını dəyişdirə biləcəyi ilə bağlı ilk xəbər, 4 fevral 2021-ci ildə Armenews xəbər portalında ortaya çıxmışdı. Məqalədə Aronyan və Ermənistan hökuməti arasındakı fikir ayrılıqlarından bəhs olunurdu:
Qeyd olunur ki, hakimiyyətə gəldikdən sonrakı ilk aylarda Paşinyan Aronyanla görüşüb və ona superkompüter almasına və şəxsi məşqçisini maliyyələşdirməyə kömək edəcəyinə söz verib. Lakin Paşinyan bu vədləri yerinə yetirməyib.
Aronyan bu gün Facebook-da yayımladığı açıqlamada qərarının 2018-ci ilin mayında hakimiyyətə gələn Ermənistanın hazırkı hökuməti ilə münasibətlərinin gərginləşməsindən irəli gəldiyini təsdiqləyib.
“İndiki hökumətin vədlərini yerinə yetirməsini bir nəçə il gözlədim və çətin bir qərar verməli olduğumu və vətənimi tərk etməli olduğumu başa düşdüm. Aydındır ki, illərlə dəyişiklik gözləmək vaxt itkisidir”.
Aronyanın FİDE turnirlərinə Amerika bayrağı altında nə vaxt qatıla biləcəyi hələ məlum deyil. Əvvəllər bir federasiyadan digərinə keçərkən iki il gözləmək tələb olunurdu. Ancaq 1 dekabr 2020-ci ildən etibarən qüvvəyə minən yeni qaydalara görə bu müddət daha çox ola bilər.
Bundan əlavə, şahmatçının iki ildən çoxdur yeni vətənində yaşadığını sübuta ehtiyacı var.
Qeyd edək ki, ötən ay Çempionlar turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Aronyan üzərində qələbə qazanıb.
Basta