İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi
Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.
Bu barədə KONKRET.az-a şəhid zabitimizin yaxınları məlumat verib.
46 yaşlı zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. Bu gün şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qaldı.