Ağdamda daha bir nəfər minaya düşdü

Martın 3-də Ağdamın işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində Mexanika və Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə minaya düşüb.

 

Ağdam Rayon İcra Hakimiyyətindən “Turan”a bildirilib ki, zərərçəkən Bərdə mərkəzi regional xəstəxanasına aparılıb.

 

Baş Prokurorluğun mətbuat xidməti 10 noyabr 2020-ci il tarixindən 3 mart 2021-ci ilədək 10 mülki şəxsin mina partlaması nəticəsində həlak olduğunu, daha 10 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.