Ordumuza dəstək məqsədilə küçələrə çıxdılar – Video

Ötən gecə Bakının müxtəlif yerlərində insanlar küçələrə çıxaraq Milli Orduya dəstəyini ifadə ediblər. Aksiyalara polisin müdaxilə etdiyi, bir neçə nəfərin saxlanıldığı bildirilir.

Tovuz istiqamətində ermənilərlə döyüşdə çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub. Ötən gecə Tovuzda da yerli sakinlər küçəyə çıxıb, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarı səsləndiriblər.