İbrahim Bayandurlu – 50

Bu bizik?!

 

Vaxtları dilimlərə bölmək – saniyələri dəqiqələrə, dəqiqələri saatlara, saatları günlərə, günləri aylara, ayları illərə ayırmaq təbiətdəki canlılar arasından yalnız insana məxsusdur
İnsanın yaratdığı təqvimin ilk günündə Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi iştirakçısı. İbrahim Bayandurlunun doğum günüdür.

 

1971-ci ildə Bakıda anadan olub. Paytaxtdakı 27 saylı orta məktəbin məzunu olub. Bakı Dövlət Universitetini və Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. “Novoye vremya”, “Zerkalo” qəzetlərində, “Monitor” jurnalında və “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının rus bölməsində çalışıb.

 

Azərbaycan xalq hərəkatının fəal iştirakçılarından biri olmaqla bərabər həm də Müsavat Partiyasının üzvü olub.

 

…1-ci Qarabağ savaşı başlanarkən Türkiyədə təhsil alırdı.buna baxmayaraq könüllü olaraq Türkiyədən gələrək milli qəhrəman Ramiz Qəmbərovun dəstəsində vuruşur.

 

BuLakin 1992-ci il 29 apreldə Şuşada gedən döyüşlərdə üz nahiyəsindən güllə yarası alır. 7.62 çaplı bir güllə çənəsindən dəyərək ağır xəsarət vermişdi. Ömrünün sonuna qədər də bədənində qəlpə gəzdirirdi.

 

Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin sərəncamı ilə dövlət hesabına Almaniyada əməliyyat olunsa da müharibədən sonra tələffüz problemləri ilə yanaşı, kəskin beyin ağrılarından və yüksək qan təyziqindən əziyyət çəkirdi. Buna baxmayaraq o yenə də qələmini süngüyə çevirərək mübarizənin önündə olurdu. Yenə də həmişə öndə olub, mitinqlərdə iştirak edirdi.

 

O, həm də nadir ensiklopedik biliklərə malik jurnalist idi. Yazılarını da həmişə sərt, açıq şəkildə yazırdı…O başqa cür yaza bilməzdi. Ona başqa formada yazmağı təklif edəndə isə sadəcə olaraq yazmırdı.

 

Depressiyaya düşürdü…O,azad yazar idi… Onunla bir neçə dəfə ünsiyyətdə olan həmkarları mərhumu hər şeydən əvvəl səmimi və maraqlı insan kimi xatırlayırlar
Müxalifətçilik isə düşünürəm ki, bu nəslə xas keyfiyyətdir. İbrahimin babası da sovet vaxtlarında-60-cı illərdə azad düşüncəli bir insan olub. Əlbəttə, müsavatçı olan anası elmira xanımın da da ona böyük təsiri var idi.

 

Bayandur çox mütaliəli, hərtərəfli bir insan idi. Siyasətdən tutmuş, din, fəlsəfə hər şey onun üçün maraqlı idi. Hətda Şevardnadzedən müsahibə də almışdı.
İbrahim Bayandurlu Hövsan qəbiristanlığında bir il əvvəl vəfat etmiş anasının yanında dəfn olunub.

 

İsa Qəmbərin o zaman çıxış edərək İ.Bayandurlunu gözəl ideyaları, gələcəklə bağlı böyük düşüncələri olan insan hesab etdiyini deyir: “Bu sözləri deyirik, onun görkəmli jurnalist olduğunu, güclü jurnalist olduğunu məzarı başında söyləyirik. Bunu gərək sağlığında da deyəydik. Burada mövqeyi olan insanlar cəmləşiblər. Bəlkə İbrahimin qəbri üstündə ləyaqətli insanların qədrini, dəyərini bilmək barədə bir daha düşünək? Bəlkə bir-birimizin dəyərini bilmək barədə bir daha düşünməliyik? Bizim payımıza ləyaqətli insanların qədrini bilmək düşür. Allah hamımıza ləyaqətli yolu davam etdirməyə güc versin!”

 

Müsavat Başqanı Arif Hacılı: “İbrahim Bayandurlu intellekt, ləyaqət, vətənsevərlik, cəsurluq kimi xüsusiyyətləri özündə birləşdirən nadir şəxsiyyətlərdən biri idi.
Unutmadıq, unutmarıq!”

 

Yazını sonunu gətirərək deyim ki.sözüsüz İ.Bayandurlu jurnalistikamızın əsl peşəkarlarından biri olub…O, Azərbaycanı azad və demokratik bir dövlət kimi görmək üçün bu amal üçün yorulmadan fəaliyyət göstərdi. Lakin təəssüf ki, vaxtsız ölüm onun bütün arzularını yarımçıq qoydu…

 

O, bizi 38 yaşında tərk etdi.

 

Neçə-neçə jurnalistimiz bizi qəflətən tərk edib. Hansını deyək ?
Şahin Ağabəyli… Ceyhun Nağı …- Zabil Müqabiloğlu…- Mövlud Mövlud…- Nigar İsmayılqızı …Nicat Məlikov …. Ülviyyə Şamilqızı..

 

 

Allah İbrahim Bayandurluya və Azərbaycanın azadlığı uğrunda qələmini süngüyə çevirmiş insanlarımıza rəhmət eləsin …

 

Baba Allahnəzərov