Müsavat Şəhla Hümbətovanın Vəkillər Kollegiyasına bərpasını tələb edir

Martın 9-da Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda görülən işlər barədə məlumat verilib, ölkədəki ictimai siyasi vəziyyət müzakirə olunub.

 

Divan vəkil Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından kənarlasdırılmasını siyasi motivli qərar kimi qiymətləndirib. Müsavat Partiyası  Şəhla Hümbətovanın  Vəkillər Kollegiyasına bərpa olunmasını, siyasi məhbusları müdafiə edən müstəqil  vəkillərə qarşı qanunsuz tədbirlərə son qoyulmasını tələb edir.

 

İclasda martın 8-də Bakı şəhərində   qadın hüquqlarının müdafiəsi ilə bağlı keçirilən aksiyanın polis tərəfindən zorakılıqla dağıdılması pislənilib, aksiya iştirakçılarının tələblərinə Müsavat Partiyasının dəstəyi ifadə edilib.

 

Sonda cari məsələlər müzakirə edilib.