İlham Əliyev: “Sərhəddə vəziyyət gərgin olaraq qalır”
Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib. Bu barədə prezident İlham Əliyev bazar ertəsi Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhəddinin Tovuz istiqamətində hərbi əməliyyatları şərh edərkən ölkə bildirib.
“Hərbçilərimizin qisası alındı. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhəddini qorudu və Ermənistan əsgərləri bir Azərbaycan torpağına keçə bilmədilər”, – AzərTAC agentliyi İ.Əliyevdən sitat gətirib.
Onun sözlərinə görə, sərhəddə gərgin vəziyyət davam edir. “Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır”, – İ.Əliyev deyib.
“Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur”, – dövlət başçısı bildirib.
Azərbaycan öz ərazi bütövlüyünü, öz sərhədlərimizi bundan sonra da qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha bunu göstərdi. “Həlak olan hərbçilərimizin qisası alındı”, – İ.Əliyev vurğulayıb.
“Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”, – prezident qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi xarici ölkələrin hərbi nümayəndələri həmin əraziyə dəvət ediləcək. “Onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır”, – İ.Əliyev bildirib. 0-
* * *
2020 İyul 13 (Bazar ertəsi) 14:41:39
Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirir
Bakı/13.07.20/Turan: Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
İ.Əliyev iclasda çıxış edib, bundan sonra toplantı qapalı rejimdə davam edib. Əlavə məlumat daha sonra təqdim olunacaq, məlumatda deyilir.