Rusiyanın kosmosdakı hərbi peyki məhv oldu

Rusiya Müdafiə Nazirliyinin 2018-ci ildə orbitə buraxdığı  “Kosmos-2525” peyki yoxa çıxıb. Bu haqda RBK telekanalı  Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) məlumat bazasına istinadən  məlumat yayıb. Bu, peykin məhv olduğu anlamına gəlir.

 

RBK bununla bağlı Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiya Departamentinə sorğu göndərib. Sorğuya cavab verilməyib. Vesti.ru isə peykin iki gün öncə orbitdən çıxdığı və atmosferin qalın qatlarında yandığı barədə məlumat yayıb.

 

Peyk, Soyuz-2.1b yüngül raket vasitəsi ilə 29 mart 2018-ci ildə Plesetsk kosmodromundan buraxılıb. Müdafiə Nazirliyi peykin təyinatı ilə bağlı rəsmi açıqlamalar verməyib.

 

Basta