Donbasda atəşkəs pozulub – 2 Ukrayna əsgəri və 1 mülki şəxs yaralanıb
Donbasda, Ukrayna və Rusiya ordularının təmas xəttində gərginlik getdikcə artır. Sutka ərzində Rusiya Federasiyasının silahlı birləşmələri tərəfindən 21 dəfə atəşkəsin pozulduğu qeydə alınıb, nəticədə iki Ukrayna əsgəri və bir mülki şəxs yaralanıb.
Bu haqda Ukraynanın ordu qərargahına istinadən “Ukrainskaya Pravda” qəzeti məlumat yayıb.
Rusiya hərbçilərinin 120 mm-lik minatanlardan, hətta tank əleyhinə raketlərdən istifadə etdikləri bildirilir.
Daha əvvəl Ukraynanın Müdafiə Nazirliyi Rusiya tərəfinin sərhəd bölgəsinə silahlı qüvvələr cəmləşdirdiyi barədə məlumat yayıb. Kreml bunu “hərbi-taktiki təlimlərlə” əlaqələndirib.
Ötən gün ABŞ prezidenti Co Baydenlə Ukrayna prezidendi Vladimir Zelenski arasında telefon danışığı olub. Bayden Rusiyanın hərbi aqressiyaya əl atacağı təqdirdə, ABŞ-ın Ukraynaya dəstək verəcəyini açıqlayıb.
Basta