Koronavirusdan ölənlərin sayı 3 milyonu keçdi

Dünyada COVİD-19 pandemiyasından ölənlərin sayı 3 milyonu keçib.

 

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) onlayın statistikasına əsasən aprelin 16-da koronavirusa yoluxanların ümumi sayı 140,133,962 nəfərə çatıb. Onlaardan 3,005,099 nəfəri vəfat edib, 119,031,935 nəfər sağalıb.

 

Azərbaycanda  296 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 260 193 nəfər müalicə olunaraq sağalıb, 4 077 nəfər vəfat edib. 32 104 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bu gün koronavirus infeksiyasına 2 163 yeni yoluxma faktı qeydə alınıb, 2 251 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Son sutkada 32 nəfər COVID-19-dan vəfat edib.

 

Basta