Müsavat Divanı bu məsələləri müzakirə etdi

Aprelin 19-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, video-konfrans formatında keçirilən iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

 

Daha sonra ölkədə və regionda baş verən hadisələrlə əlaqədar fikir mübadiləsi aparılıb. Bildirilib ki,  ATƏT-in Minsk Qrupu Azərbaycanla Ermənistan arasında danışıqlar prosesini bərpa etməyə çalışır. Qeyd edilib ki, iki həmsədr dövlətin Ermənistanı açıq müdafiə etdiyi Minsk Qrupunun fəallaşması Azərbaycanın maraqlarına uyğun deyil, eyni zamanda  Qarabağ mövzusu ətrafında gedən diplomatik prosesdə Azərbaycan hakimiyyətinin çevikliyinin və təşəbbüskarlığının şahidi olmuruq.

 

Məcburi köçkünlərin öz dədə-baba yurdlarına qaytarılmasının yubadılmasına görə narahatlıq ifadə olunub. Azərbaycan hakimiyyəti istər Qarabağda aparılan bərpa-tikinti işlərində, istərsə də işğaldan azad olunmuş ərazilərin məskunlaşması məsələsində əhalinin rəyini nəzərə almır. Müsavat Partiyasının bu məsələ ilə bağlı konkret təkliflərlə çıxış etdiyi, lakin hakimiyyətin indiyədək bunu nəzərə almadığı təəssüflə qeyd edilib.

 

Azərbaycanda COVİD-19 pandemiyası və vaksinasiya ilə bağlı son durum barədə məlumat verilib.

 

Sonda cari məsələlər müzakirə olunub.

 

Basta