Elmar Məmmədyarov: “Əşi, sən Allah bəsdir, bu saatda adama sual verərlər?”
lham Əliyev xarici işlər nazirinin işini tənqid edib
İyulun 12-də Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin gərginləşməsi zamanı xarici işlər nazirindən başqa bütün ölkə rəhbərliyi iş başında idi.
“Mən onu tapa bilmədim, o iş yerində deyildi” , deyə İlham Əliyev çərşənbə günü hökumətin iclasında çıxış edərkən bildirib.
Əliyev, nazir Elmar Mamedyarovun davranışından narazılığını bildirib, onu məsuliyyətsizlikdə ittiham edib.
Əliyev baş nazirdən Mamedyarovla etdiyi dialoq barədə məlumat verməsini istəyib.
Baş nazir Əli Əsədov, Mamedyarovun gecə 3-də evdə olduğunu söyləyib. “Soruşdum, niyə evdə olmusunuz, ofisdə olmalı və prezidentin göstərişlərinə əməl etməlisiniz”, deyə Əsədov bildirib.
Əliyev daha sonra Xarici İşlər Naziri Mamedyarovun erməni tərəfi ilə koronavirusla mübarizə sahəsində əməkdaşlığı müzakirə etməsindən narazılığını bildirib.. “Ermənistanla hansı əməkdaşlıq haqqında danışa bilərik?” deyə Əliyev bildirib.
.
Bəs görəsən, Elmar Məmmədyarov ölkə başçısının tənqidlərini qəbul edirmi?
Bu suala aydınlıq gətirmək üçün Gununsesi.org nazirin özü ilə əlaqə saxlayıb. Sualı eşidən nazirin dediklərini olduğu kimi təqdim edirik :
“Əşi, sən Allah bəsdir. Soruşmağa mövzu yoxdur? Bu nə sualdır axı? Həm də bu saatda adama sual verərlər? Sabah Leyla Abdullayevaya zəng et, cavablandırsın”.