Avropa Parlamentində Azərbaycana qarşı qətnamə qəbul edilib
Avropa Parlamenti Azərbaycanın erməni hərbçilərini “təcili və şərtsiz” azad etməsi ilə bağlı qətnamə qəbul edib.
Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın 200-ə qədər Ermənistan vətəndaşını əsir saxladığını bildirir. Azərbaycan isə həbsxanalarında hərbi əsirlərin olmadığını, ancaq saxladığı 72 erməni hərbçinin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasındakı üçtərəfli atəşkəs razılaşmasından sonra ölkəyə “təxribat məqsədilə daxil olduğu üçün” cinayət məsuliyyəti daşıdığını deyir.
Avropa Parlamentinin cümə axşamı keçirdiyi plenar iclasında qəbul etdiyi qətnamədə tələb olunur ki, münaqişə zamanı və sonra saxlanan bütün hərbi və mülki şəxslər “təcili və şərtsiz” azadlığa buraxılsın.
Qətnamədə, həmçinin Azərbaycanın paytaxtı Bakıda açıqlanan Hərbi Qənimətlər muzeyinin açılması və burda erməni həbrçilərin obrazlarının quraşdırılması qınanılıb.
Azərbaycan parlamentinin spikeri Sahifə Qafarova Avropa Parlamentinin qətnaməsini “kağız parçası” adlandırıb. APA yazır ki, spiker bu qətnamənin Avropa İttifaqının Azərbaycana qarşı münasibətini əks etdirmədiyini bildirib və Azərbaycan Aİ ilə münasibətlərin hərtərfəli inkişafında maraqlıdır.
Azərtac xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı erməni hərbçilərdən 14 nəfərinin “könüllü azad” edildiyini bildirib.
BBC