AXCP üzvləri saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir neçə üzvünün saxlanıldığı bildirilir. 

Bu barədə Turana partiyadan məlumat verilib. 

Məlumata görə, partiyanın Rəyasət Heyətinin üzvü Asif Yusifli uyulun 16-da yaşadığı binanın qarşısında saxlanılıb. “Asif bəyi bu gün zəng vuraraq Nərimanov Rayon Polis İdarəsinə çağırıblar. O, evdən çıxarkən saxlanılıb və naməlum istiqamətə aparılıb”.

Partiyanın daha bir üzvü Mətanət Mahmarzayeva (Turan) günorta saatlarında polisə aparıldığı bildirilir. 

Verilən məlumata görə, hər iki AXCP üzvü iyulun 14-dən 15-ə keçən gecə Qarabağa dəstək yürüşündə iştirak etmişdi. “Lakin onların heç bir qanunsuz əməlində iştirakı olmayıb”. 

Digər AXCP üzvü Seymur Əhmədzadə də 3 saat əvvəl saxlanılıb. 

Partiyanın daha bir üzvü Məhəmməd İmanlı Sabunçu Rayon Polis İdarəsinə çağırılıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

.

Müsavat Partiyası son günlər AXCP fəallarının saxlanmasının ölkədə müxalifətə qarşı təzyiqlərin yeni dalğası kimi qiymətləndirir. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Müsavat saxlanılan şəxslərin dərhal azadlığa buraxılmasını və ölkədə repressiyalara son qoyulmasını hakimiyyətdən tələb edir.

.

Basta