Bakıda “Formula-1” Azərbaycan Qran-prisi başlayır

Cümə günü Bakıda “Formula-1” Azərbaycan Qran-prisinə start verilir.

 

Təşkilatçıların məlumatına görə, bu il yarışlarda 10 komandanın tərkibində olmaqla 20 pilot iştirak edəcək.

 

Yarışlar “Formula-2” pilotlarının sərbəst yürüşülə başlayacaq. Sonra yarış “Formula-1” pilotlarının sərbəst yürüşü və “Formula-2” pilotlarının sıralama yarışı ilə davam edəcək.

 

Yarışların ikinci günündə “Formula-2” üzrə sprinter yarışları, üçüncü sərbəst yürüş və “Formula-1” üzrə sıralama yarışı planlaşdırılır.

 

Yarışın əsas hissəsi, Azərbaycan Qran Prisi iyunun 6-da keçiriləcək.

 

Yarışlara “Azadlıq” meydanında start veriləcək və başa çatacaq. Marşrut Qız Qalası, İçərişəhər və “Azneft” dairəsi üzrə təşkil edilib. Cəmi 51 dövrə vurulacaq. Halqanın uzunluğu 6 kilometr, ümumi məsafə isə 306, 049 kilometr təşkil edir.

 

Koronavirus pandemiyası ilə əlaqədar bu il yarışlar tamaşaçılar, həmçinin şou və digər əyləncə proqramları olmadan keçiriləcək.