Kəlbəcərdəki faciənin videosu yayıldı: “Minaların yeni basdırıldığı şübhəsizdir”

Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov, “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov və digər şəxslərin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndində minaya düşməsi anının video-görüntüsü yayılıb.

 

Video-görüntüləri şərh edən Müsavat başqanının müavini Səxavət Soltanlı minaların yeni basdırıldığının şöbhə doğurmadığını bildirib. 

“Kəlbəcərdə dünən baş verən partlayışın yayılan video-görüntüsündən aydın şəkildə yolda qeyri adiliyin, 3 şübhəli qazıntının olduğu görünür. Diqqət edilsəydi, faciədən yayınmaq olardı. Minaların da yeni basdırıldığı şübhəsizdir” – deyə Səxavət Soltanlı özünün feysbuk səhifəsində yazıb.

 

İçərisində jurnalistlərin də olduğu avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində S. Abışov, M. İbrahimov və daha bir nəfər həlak olub, 4 nəfər yaralanıb.

 

 

Hadisə anının görüntüsünü təqdim edirik: