At sərhədi keçdi, Ermənistan buna görə Rusiyaya müraciət etdi

Ermənistan vətəndaşı Qraqat Mesropyanın atı Kəlbəcər İstiqamətində sərhəddən Azərbaycan tərəfə keçib. Atın sahibi əvvəlcə azərbaycan sərhədçilərini oğurluqda ittiham etsə də, sonradan yerli icmanın rəhbəri Nerses Şaduns bunu təkzib edib.

 

“Sputnik” Ermənistanın məlumatına görə, icma rəhbəri atın otlaqda olarkən özbaşına sərhədi keçdiyini deyib.

 

Ən maraqlısı isə Ermənistan tərəfinin həmin atla bağlı Rusiyaya müraciət etməsidir. N.Şaduns bildirib ki, “hazırda Rusiyanın sülhməramlı  kontingenti atın qaytarılması üçün Azərbaycan tərəfi ilə danışıqlar aparır”.

 

Basta