Elmar Hüseynov ad günündə məzarı başında anıldı

Bu gün qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun doğum günüdür. Müsavat başqanı Arif Hacılı və bir qrup partiya yetkilisi – mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli, Müsavat Gənclər Təşkilatının sədri Elman Quliyev, Məclis üzvü Kərimxan Zeynalov və partiya falı Rəşad Ziyadzadə jurnalistin məzarını ziyarət ediblər.

.

“Monitor” jurnalının təsisçisi və redaktoru Elmar Hüseynov 2005-ci ildə evinin qarşısında naməlum şəxs tərəfindən odlu silahdan qətlə yetirilmişdi.

Hadisəni ölkə imicinə ciddi zərbə adlandıran hakimiyyət təqsirkarların tapılacağını vəd etsə də, işdə ciddi irəliləyiş hələ ki, müşahidə olunmur.

İstintaq tanınmış jurnalistin qətlində iki Gürcüstan vətəndaşını ittiham edərək onları axtarışa elan edib. Lakin qətlin motivləri açıqlanmayıb.

Media fəallarına əsasən qətlə səbəb hökumət əleyhinə tənqidi məlumatları ilə seçilən jurnal redarktorunun peşə fəaliyyəti ola bilərdi. Eyni zamanda bəzi hüquq müdafiəçiləri Elmar Hüseynovun qətlini mətbuat və söz azadlığına təqiblərin başlanqıç nöqtəsi hesab edirlər.

2005-ci ildə baş verən hadisədən bəri Azərbaycanda jurnalistlərə qarsı bır sıra hücum yer alıb. 2011-ci ildə məşhur yazıçı və publisist Rafiq Tağı qətlə yetirilib. Hazırda bir neçə jurnalist həbsdə saxlanılır.