Ərdoğan Azərbaycana gəlib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldəki NATO sammiti və ikitərəfli görüşlərinin ardından iyunun 15-də  Azərbaycana  rəsmi səfərə gəlib.

 

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Ərdoğanın iyunun 15-16-da gerçəkləşəcək Azərbaycan proqramında Füzuli və Şuşaya səfər, Milli Məclisdə deputatlar qarşısında çıxış və iyunun 16-da axşam Bakı Olimpiya Stadionunda Avro 2020 futbol çempionatı çərçivəsindəTürkiyə-Uels matçını izləmək də var.

 

Ərdoğan bir neçə gün öncə azərbaycanlı həmkarı İlham Əliyevlə Şuşada “iri miqyaslı” müqavilə imzalayacaqlarını bildirib.