Azərbaycanda gender bərabərliyinin vəziyyəti: qanunvericilik, imkanlar, məhdudiyyətlər

 

 

Könül Alı

 

“Gender bərabərliyi qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti deməkdir.

 

”Cinslərin bərabərliyi onun kişi və qadın olaraq doğulması fərqi ilə yox, hər iki cinsin sosial tələblərinin bərabər surətdə təmin edilməsi, ölkə qanunlarına uyğun olaraq hüquqlarının qorunması, dolayısıyla haqqlarının ödənilməsi tələbidir.

 

Dünya praktikası göstərir ki, ədalətli və demokratik əsaslarla idarə olunan cəmiyyətlərdə insanların cinsinə görə deyil, bacarıq və imkanlarına görə davranırlar.

 

Demokratik quruluşlarda qadın və kişilərin sosial bərabərliyi daha yaxşı təmin olunur, nəinki avtoritar əsaslarla idarə edilən dövlətlərdə.

 

Gender bərabərsizliyi elə bir problemdir ki, fundamental səbəbləri müxtəlif subyektiv fikirlərlə əsaslandirila bilər.

 

Böyük bir kəsim gender məsələlərinin kökündə duran birinci səbəb iqtisadi böhran, psixoloji gərginlikdən yaranan emossional hal, antidemokratik rejim olduğunu bildirir, fikirlərini bolluca faktlarla əsaslandıran başqa bir kəsim bərabərsizliyin yaranmasınin mentalitetə əsaslanan, cəmiyyətdə dərin kök salmış stereotiplər, din faktoru olduğu düşuncəsindədir.

 

Əsrin əvvəllərində Cümhuriyyət qurmuş Azərbaycanın dövlət xadimləri bu stereotipləri qırmaq, qadınların ictimai-siyasi fəallığını artırmaq məqsədi ilə seçib-seçilmək hüququnu verdilər.

 

Bərabərliyin təmin olunmasınin mllətlərin tərəqqisi üçün şərt olduğunu düşünənlərin qənaətinə görə dövlət və cəmiyyət bu inkişaf üçün birlikdə yürüməli, əks halda heç bir nəticənin əldə olunmayacağı düşüncəsindədir.

 

Xüsusilə, bu inkişafı cəmiyyət istəməli, dövlətin qarşısına tələblərlə çıxmalıdır.

 

Dünyanın bir çox dövlətlərində qadınların seçki hüququndan məhrum olduğu vaxtda bu üstünlüyü qazanmış Azərbaycan qadınının hazırkı vəziyyəti nə yerdədir?

 

Azərbaycan qadınıni obrazlı təsvir etmək üçün qisaca, xronoloji ardıcıllıqla nəzər yetirsək nə görərik?

 

Azərbaycan qadınlarına hələ 1918-ci Azərbaycan Xalq Cümhuriyyəti seçib-secilmək hüququ verdi. Bu önəmli və mühüm addım həmçinin müsəlman Şərqində qadına seçib seçilmək hüququ verən bir dövlət kimi Azərbaycan Xalq Cümhuriyyəti adına böyük iş idi və ölkə olaraq mühim ilkə imza atdı.1901-ci ildə Bakıda qızlar məktəbinin açılması müsəlman cəmiyyətində daha bir inqilabi ideya idi. Hacı Zeynalabdın Tağıyev Həsən bəy Zərdabi kimi aydınların yardımı ilə daha bir ilkə imza atdi.

 

 

Məktəbin yetirmələri Azərbaycan təhsilinin ilk “qadın qaranquşları” idisə, Cümhuriyyətin qadınlara verdiyi seçib-seçilmək hüququ qadın haqqları sahəsində təməl daşı idi. Dünyəvi dövlət qurmaq arzusunda olan cümhuriyyətçilər cinsi ayrıseçkilik mövcud ikən dünyəviliyin mümkün olmayacağını bilirdilər. Buna görə də cəsarət və prinsipiallıq nümayiş etdirərək əllərindən gələni edirdilər.

 

Daha sonra

 

İnkişaf edən dünyanın təsiri Azərbaycandan yan keçmədi.

 

SSRİ dövrü Azərbaycan qadınının inkişaf yolu tarixində xüsusən işçi qadın obrazı kimi xarakterizə olunsa da, elm-təhsil baxımından da müəyyən inkişaf yolu keçdi.

 

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşuldu.

 

1992-ci ildə Azərbaycan Respublikası BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına qoşulmaq barədə qərar qəbul etdi.

 

1992-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində xalqların əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqətinə və dəyərinə, kişi və qadınların hüquq bərabərliyinə öz inamını təsdiq etdiklərini əsas götürərək, “Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi haqqında” BMT Baş Məclisinin 1967-ci il 7 noyabr tarixli 2263 nömrəli qətnaməsi ilə elan edilmiş Bəyannaməyə tərəfdar olduğunu bildirdi. Bununla da Azərbaycanda gender bərabərliyinin təşviqinə start verildi.

 

1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşuldu.“Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya (CEDAW) – qadın hüquqlarının müdafiəsi haqqında əsas beynəlxalq sənəddir.

 

Bu gün Azərbaycanda qoşulduğu konvensiyaların bütün tələblərinə əməl olunurmu, Azərbaycan Konstitusiyasında qadınlarla bağlı qəbul olunmuş qanunları tətbiq olunurmu – bu sual doğurur.

 

Bu gün Azərbaycanda qadınların rəsmi olaraq kişilərlə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir.

 

Statistika və reallıq

 

Azərbaycan Qadın hüquqlarının müdafiəsi baxımından əhəmiyyətli olan bütün beynəlxalq sənədlərə qoşulub. Rəsmi statistikalardakı məlumata görə, Azərbaycan Gender siyasətinin həyata keçirilməsi baxımından müəyyən nəaliyyətlər əldə edib.

 

Müşahidələrimiz və Azərbaycan reallığı isə onu sübut edir ki, ölkədə cinslərin sosial bərabərliyinin təmin olunması sahəsində atılan addımlar və əldə olunan nəaliyyətlər statistikayla qətiyyən uyğunlaşmır, reallığı əks etdirmir.Bu səbəbdən də məsələyə pozitiv yanaşmaq mümkün deyil.

 

Qadınların sahibkarlıq fəaliyyəti ilə bağlı məhdud sayda da olsa məlumatların olmaması onların bu sahədə iştirak imkanları barədə müəyyən nəticələr çıxartmağa imkan verir.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkədə fəaliyyət göstərən fərdi sahibkarların sayı 685 min 406 nəfər olub ki, bunların da 143 min 90 nəfərini qadınlar təşkil edib.

 

Qadın fərdi sahibkarın ümumi sahibkarlarda payı 21%-dir. Hazırda kişi sahibkarların sayı (542 min 316) qadın sahibkarlardan 4 dəfəyədək çoxdur.Gender siyasətinin həyata keçirilməsi məqsədilə yaradılan Qadın problemləri üzrə Dövlət Komitəsi öz hesabatında bu istiqamətdə nəaliyyətlər əldə etdiyini bildirsə də, qadınların səlahiyyətləndirilməsinin təşviq edilməsi sahəsində atılan addımlar qənaətbəxş deyil.

 

 

Araşdırmalara görə, bu sferalarda bərabərlik uyğun olaraq 96% və 95% təşkil edir. İqtisadi (59%) və siyasi (23%) sferalarda bu fərq daha kəskindir.

 

Haşiyə

 

Musavat Partiyasında qadınların inkişaf etdirilməsi üçün 25%lik kvota var, qadınlar butun seçkili orqanlarda təmsil olunurlar. Başqandan sonra ikinci rəhbər vəzifə olan Məclis sədri qadindir, MNTK sədri, 4 divan üzvü qadındır,. Umumi və daxili seçkilərdə də 25%lik kvota qorunur, aktivlik varsa daha cox qadın təmsilçilikdə ola bilər. Musavat partiyası qadınlara xüsusi kvota verən yeganə partiyadır.

 

Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. Seçicilərin daha çoxu qadınlar olsa da, Azərbaycan Respublikasının Milli Məclisində cəmi 22 qadın vəkil var. Onların da əksəriyyətinin hər hansı siyasi fəaliyyəti ilə tanınmaması, saxta seçkilər zamanı təyinatla təmsilçilik əldə etdikləri faktları var.

 

Azərbaycan hakimiyyəti yalnız öz tərəfdarlarının təmsilçiliyinə şərait yaratsa da İdarəçilikdə və yüksək səlahiyyətli seçkili orqanlarda da qadınların təmsilçiliyi olduqca zəifdir. Parlamentdə təmsil olunan deputatların cəmi 16, 8 faizi qadınlardır. Hal-hazırda qadınlar bələdiyyələrdə 38 faizlə təmsil olunur.

 

Azərbaycanda qadınlar səhiyyə, təhsil sahəsində müsbət yöndə fərqlənərək üstünlük təşkil etsələr də, məktəb direktoru, baş həkim kimi vəzifələrdə çox aşağı faizlə təmsil olunurlar.

 

2016-cı ildə dövlət qulluğunda inzibati vəzifə tutmuş 30060 nəfərin cəmi 28,6 faizi və ya 8607 nəfəri qadınların payına düşür.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar verir, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Bir sözlə dövlətin idarə edilməsində mühüm rol oynayır.

 

Amma bu kabinetdə qadınlar gözə dəymir – 18 nazirin hamısı kişilərdir – gender bərabərliyi 100% pozulub. Azərbaycanda 9 komitə vardır. Komitə sədrlərindən yalnız biri qadındır.

 

İki Adminstrasiya rəhbəri var, hər ikisi kişidir. 6 Xüsusi xidmət orqanı var, 6-sının da rəhbəri kişidir. Buradan bu qənaətə gəlmək olar ki, Azərbaycan Respublikasının idarə olunmasında qadınlar ümumiyyətlə iştirak etmir.

 

Təyinatlı alt (müavinlik) vəzifələr istisna olmaqla, hökumətdə yüksək vəzifə tutan məmurların içərisində yalnız bir qadin qadın var. Spiker. Nazirlər dövlət büdcəsi icrasını təmin edir, maliyyə-kredit və pul siyasətinin həyata keçirir, dövlətin iqtisadi proqramlarını həyata keçirir, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir. Amma bu proseslərin heç birində Azərbaycan qadınları iştirak etmir.

 

Qadınların məruz qaldığı “ailə və məişət zorakılığı”, “İş yerlərində diskriminasiyaya məruz qalma” faktları durmadan artır. Bir neçə QHT və gender bərabərliyi ilə maraqlanan ictimai fəalların bu istiqamətdə sosial şəbəkələrdə apardığı maarifləndirmə tədbirlərindən başqa qadın hüquqlarının təbliği və təşviqi barədə hansısa fakta rast gəlmək mümkün deyil.

 

Azərbaycan qadınının keçdiyi yüz illik inkişaf yoluna baxış

 

Elm, təhsil, incəsənət, mədəniyyət, səhiyyə və digər sahələrdə tam olaraq bir əsr ərzində müəyyən dərəcədə uğurlar əldə etmiş Azərbaycan qadınının qazandığı hüquq və imkanları əsasən kağız üzərində qalıb.

 

Dövlətin qoşulduğu beynəlxalq konvensiyaların şərtlərinə əməl olunmur.

 

İkişafın sürəti o qədər zəifdir ki, cinslər arasında bərabərliyin təmin olunması üçün hələ uzun bir yol keçiləcək.

 

Obrazlı ifadə etsək, Azərbaycan qadını son yüz ildə 5 addım irəliləyib, halbuki 100 addım irəliləyə bilərdi. Bu məsələyə fərqli cəmiyyətlərdə oxşar münasibətlərin olması isə gender bərabərliyinin bütün ölkələrdə yaxın dövrlərdə 100 faiz təmin olunmasının mümkünsüzlüyünü sübut edir.

 

Ümumiyyətlə qadın hüququları barədə qanunda boşluqlar var. Bunlardan daha çox nəzərəçarpanı isə ailə münaqişəsi zamanı polisin məsələyə müdaxilə etməsi barədə xüsusi maddənin olmamasıdır.

 

Ailə və məişət zorakılığına məruz qalan qadın, polis tərəfindən qorunmur.Bu zəmində olan münaqişələrdə dövlət orqanları demək olar ki, qadına sahib çıxmır. Sırf bu səbəblərdən XXI əsrin ikinci on illiyində qadınlar məişət zorakılığı zəminində qətlə yetirilirlər.

 

Araşdırmalar göstərir ki, zorakılıqla üzləşən qadınların əksəriyyəti öz yaxınları tərəfindən psixoloji, fiziki, iqtisadi zorakılığa məruz qalır, qətlə yetirilir, bəzən intihar həddinə çatdırılırlar.

 

Azərbaycan konstitusiyasında qadınların hüquqları çox mükəmməl təsnif olunub. Lakin kağız üzərində olan bu qanunların işlək hala gətirilməsi mexanizmi təqdim olunmayıb.

 

Bu da sübut edir ki, təkcə hüquqi bazanın olması kifayət etmir, həm də o hüquqlardan istifadə üçün qanunların təbliği və təşviq olunmasına səy göstərilməlidir.

 

Cəmiyyət olaraq da patriarxat içimizdə elə oturub ki, özümüz belə hallarda doğru olmadığını, bunun insanlıq dışı davranış olduğunu, susmağın ədalətsizlik olduğunu bilə-bilə, məsələn qonşunun öz həyat yoldaşını döyməsinI ğoruruk, susuruq, qadının işgəncələrə məruz qaldığını bilirik və səsimizi çıxarmırııq.

 

Azərbaycanda bu gün də qız uşaqlarının təhsildən yayındırılması faktı danılmazdır.

 

Təhsil sistemində qadın və kişilərin bərabər iştirakına şərait yaradılması, hər iki cinsin nümayəndələrinin bir yerdə təhsil alması, sosial stereotiplərin möhkəmləndirilməsi və bərabər təhsil almaq imkanlarının saxlanması üçün tədbirlər görmək lazımdır. Ötən əsrin əvvəlində təhsil almaq, seçib-seçilmək imkanı əldə etmiş Azərbaycan qadınının indiki dövrdə bu imkanlarının qorunması və inkişaf etdirilməsi üçün səy göstərmək, qadınların azad, hüquqi cəmiyyət uğrunda fəallığını artırmasına həvəsləndirmək lazımdır.İmkanlar nədən ibarətdir?

 

Qadınların səlahiyyətləndirilməsi

 

Qadınların səlahiyyətləndirilməsi onların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi, məşğulluğunun, qərarqəbuletmədə iştirakının təmin olunması, iqtisadi inkişafı üçün təşəbbüslər verilməsindən ibarətdir.

 

Azərbaycanda qadınların səlahiyyətləndirilməsinin aşağı səviyyədə olmasına mental stereotiplər, din faktorunun böyük təsiri var.

 

Günümüzün reallığı budur ki, mental stereotiplər, dinin qadının üzərinə qoyduğu qadağalar və ağır şərtlər Azərbaycan qadınlarının cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edə bilməməsinə səbəb olur.

 

Azərbaycan nəinki qadınların səlahiyyətləndirilməsi, onların idarəçilikdə önə çəkilməsi, qərarların qəbul edilməsində rolu baxımından, hətta təmsil olunquqları qurumlarda kişilərlə bərabər əməkhaqqının ödənilməsi baxımından da digər ölkələrdən yüksək faizlə geri qalır.

 

Demokratik cəmiyyət qurmuş ölkələrdə bu maneələr dəf edilib, stereotiplər dağıdılıb. Buxovlardan qurtulmuş, inkişaf etmiş ölkələrdə təmsilçilik, qərarların icrası, dövlətçiliyin idarə olunmasında qadınlar həlledici rol oynayır. Gender bərabərliyinin hətta 100 faiz təmin olunduğu ölkələr var.

 

Məsələn, İsvecrədə Nazirlər Kabinetinin 8 üzvü var. Onlarda 4-ü qadın, 4-ü kişidir.Halbuki, tarixi müqayisə etsək görərik ki, Azərbaycanda qadınlara seçib-seçilmək hüququ hələ əsrin əvvəllərində – 1918-ci ildə, İsveçrədə isə 1971-ci ildə verilib.Yüz il əvvəlki sıçrayışa rəğmən, sonrakı dövrdə Azərbaycan qadınlarının idarəçilikdə özlərini təsdiq etməsinə, konstitusiyanın onlara verdiyi hüquqları gerçəkləşdirməsinə imkan verilməyib.İsveçrə qadınları nəinki Azərbaycan, bir çox inkişaf etmiş Qərb ölkələrindən daha sonra seçib-seçilmək hüququnu əldə etsə də, bu gün bu sahədə liderliyi özündə saxlayırlar.

 

1971-ci ildə İsveçrə Milli Şurasının Məclisinə 10 qadın nümayəndə seçilib.

 

Hətta 2010-cu ildə, Simonetta Sommaruganın Federal Şuraya seçilməsi ilə, hökumətin idarəçiliyində qadınlar kişilərdən daha çox təmsil olundular. Hal-hazırda isə İsveçrə parlamentində millət vəkillərinin 32 faizi qadınlardır. Bunun özü də dövrlərə görə dəyişən fərqli bir vəziyyətdir.

 

Avropa Şurasının dəstəyi ilə BMT-nin İnkişaf fondunun bu istiqamətdə apardığı işlər təqdirəlayiqdir. Son zamanlar bu istiqamətdə Bakıda və regionlarda keçirilən təlimlər, konfranslar müsbət addım hesab olunur.Azərbaycan BMT-nin “Qadınlara qarşı bütün növ ayrıseçkiliyin ləğv edilməsi” haqda beynəlxalq konvensiyasına qoşulub.Beynəlxalq təşkilat qadınlara, hətta onların seçdikləri peşə reproduktiv sağlamlıqlarına ziyan versə belə, seçim hüququnu nəzərdə tutan layihələr təklif edir.BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi Azərbaycandan Əmək Məcəlləsində olan (ƏM) qadın əməyinin qadağan edildiyi peşələr və iş yerləri ilə bağlı maddələrin çıxarılmasını tələb edib, amma buna hələlik məhəl qoyulmayıb.

 

Bu məhdudiyyətlər qadınların sağlamlığının mühafizəsinə yox, onların hüquqlarının pozulmasına yönəlib.

 

Diskriminasiyaya  haqda 

 

Cəmiyyətimizdə qadınların məruz qaldığı diskirminasiyanı bəziləri “pozitiv diskirminasiya” adlandırırlar.

 

Azərbaycan Respublikası ƏM-nin 241-ci maddəsində (Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər) nəzərdə tutulub. Orada aydın surətdə yazılıb ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.

 

Əmək Məcəlləsində qadınların hansı sahələrdə işləyə bilməyəcəkləri konkret yazılıb: misal üçün, zərif cinsin nümayəndəsi nə qədər çəkisi olan yükü neçə metr məsafəyə və hündürlüyə daşıya bilər; qadınların yer altında işləmək şərtləri, gecə növbələri və s..

 

Azərbaycan Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında” Konvensiyasına da qoşulub. Bu sənədin qadınların reproduktiv sağlamlığının mühafizəsi haqqında tələbi var.Bir sıra beynəlxalq təşkilatlar, eləcə də BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi Azərbaycandan tələb edir ki, ƏM-də qadınlarla bağlı qadağanlar ləğv edilsin.

 

 

Lakin qadınların bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.

 

Mövcud normaya görə, qadınlar 15 kq-dan ağır yük götürə bilməzlər. Ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması; bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması; 15 kiloqramdan artıq gücün sərf edilməsi qadınların əmək funksiyası normalarına daxildir.

 

Hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır.

 

Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

Qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunması, habelə ezamiyyətlərinin məhdudlaşdırılması ƏM-nin 242-ci maddəsi ilə tənzimlənir.

 

Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi 243-cü, uşağın yedizdirilməsi üçün fasilələr 244-cü, natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması isə 245-ci maddələrdə əksini tapıb.

 

Azərbaycanın ƏM-də olan bu qadağalar həmçinin Rusiya qanunvericiliyində də, mövcuddur. Rusiya ƏM-nin qadınlara aid maddəsində göstərilir ki, qadınların ağır yükdaşımada, poladəritmə sexlərində çalışması qadağan olunur.Bəzən isə bu qadağalara baxmayaraq qadınlara kişilərə eyni iş imkanları yaradılsa da, qadınlar kişilərlə müqayisədə daha az maaş almalı olurlar.

 

Qadın hüquqlarını müdafiə təşkilatları, ictimai birlik rəhbərləri, ictimai fəallar zaman-zaman bu mövzunu gündəmə gətirir, qadınlara qarşı ədalət prinsipinin pozulduğunu vurğulayırlar. Müzakirə mövzusu qadınların əmək fəaliyyətinin yetərincə qiymətləndirilməməsi olduğundan, “gender büdcəsi” termini gündəmə gəlir.“Gender büdcəsi” termini dünya praktikasında çox aktualdır.

 

Ümumiyyətlə, qadın və kişilərə bərabər əmək sərfiyyatının qarşılığında eyni məvacib verilməməsi bu siyasətin həyata keçirilməsinə ehtiyac yaradır.Bu nüans Azərbaycan qanunvericiliyində də, qeyd olunub.

 

4 il öncə bir araşdırma layihəsi çərçivəsində Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik şöbəsinə “gender büdcəsinin mövcud olub olmaması barədə sorğu vermisdim.

 

Cavab olaraq bildirdilər ki, “gender büdcəsi” gender bərabərliyinin təmin edilməsi üçün istər dövlət, istərsə də özəl sektor tərəfindən ayrılan xüsusi büdcədir: “Azərbaycan Respublikasının büdcə haqqında qanunvericiliyində xüsusi maddə əhatə edilməyib.

 

Onun əhatə edilməsi məqsədəuyğun hesab edilir. Amma Azərbaycan Respublikasının büdcəsində qadın hüquqlarının təmin edilməsi, gender bərabərliyinin təmin edilməsinə xüsusi maliyyə vəsaiti ayrılır”.

 

Bəs qadınlar, onlara pozitiv diskirminasiya məqsədi ilə ayrılan “gender büdcəsi”ndən yararlana bilirlərmi?Bu sualla bir sosial sorğu da keçirdik. Sorğuya gələn cavablardan gəldiyimiz qənaət bu oldu ki, qadınlar bu imkandan nəinki istifadə etmir, ümumiyyətlə “gender büdcəsi” məfhumunun varlığından xəbərsizdirlər.

 

Azərbaycan Konstitusiyasında qadınların hüquqları mükəmməl təsnif olunub. Lakin icrada problem var. “Gender büdcəsi” də yalnız kağız üzərində olan qanunlardan biri olaraq qalmaqdadır.

 

Qadınların əksəriyyəti hüquq və imkanlarını bilmir, bilənlər də adətən haqqlarını tələb etmək istəmədikləri üçün bunun üstündən keçirlər. Təəssüf ki, bu barədə hansısa maarifləndirmə işləri aparılmadığına görə qadınlarımız bu pozitiv imkanlardan yararlana bilmirlər. Dövlət büdcəsindən “gender büdcəsi” maddəsi üzrə maliyyə vəsaiti ayrılsa da, bu pullar təyinatı üzrə xərclənmir.

 

Müqayisəli təhlil aparsaq görərik ki, qadınların və kişilərin cinsiyyətə görə fərqləndirilməsinə, məsələn, əməkhaqqlarının fərqli hesablanmasına dünyanın başqa ölkələrində də rast gəlinir. Azərbaycanda bu barədə statistik rəqəmləri əldə etmək mümkün olmasa da, inkişaf etmiş ölkələrdə bu, problem deyil.

 

Cinslər arasında fərq əsrdən əsrə azalmaqdadır. Amma bu inkişafın sürəti o əqdər zəifdir ki, cinslər arasında bərabərliyin təmin olunması üçün hələ uzun bir yol keçiləcək. Bu məsələyə fərqli cəmiyyətlərdə oxşar münasibətlərin olması isə gender bərabərliyinin bütün ölkələrdə yaxın dövrlərdə 100 faiz təmin olunmasının mümkünsüzlüyünü sübut edir.

 

“Pozitif diskriminasiya”nın dezavantajları nələrdir?

 

Geriyə diskirminasiya yaradır. Bu, pozitiv diskirminasiyanın əsas özəlliyidir. Bu halda professional bacarıqlar nəzərə alınmadan cinsi ayrımçılıq ön plana çəkilir, qadın qazanmaqdan çox itirir. Daha çox cavabdehlik, enerji tələb olunan vəzifələrdə təmsil olunmağa imkan verilməyən qadın arxayınçılıq hissi yaşayır. Əksər hallarda belə vəziyyətlərdə qadınlarda ruh düşkünlüyü yaranır. Dolayısı ilə reproduktiv sağlamlığı təhlükə altına düşür.

 

Qadınların diskirminasiyaya məruz qalmasının əlehinə olanlar hesab edilər ki, çətin iş, disiplin, birgə uğurlar üçün hər iki cinsə bərabər şərait yaradılıb, əməyi eyni qiymətləndiriləndə nəticə müsbət olar.

 

Bərabərlik naminə stereotipləri dağıtmaq şərtdir

 

Bu streotipləri dağıltmaq, qadını qane etməyən cəmiyyətin yenidən qurulması barədə gözlənilən müsbət nəticə reallığa yaxındır. Araşdırmalara görə gender bərabərliyinin təmin olunduğu ölkələr adətən inkişaf etmiş, demokratik cəmiyyət qurmuş ölkələrdir. Avtoritar sistemlərdə ümumilikdə insan haqqlarının pozulması faktoru yüksəldikcə, gender bərabərliyi tələbi ikinci plana keçir.

 

Cəmiyyətin yenidən qurulmasına qeyri-ixtiyari iştirak edən qadın bütün məsuliyyəti ilə hər cür ağır yükün altına girir. Kişilərlə bərabər istehsalatda, sənayedə, kənd təsərrüfatında və əmək sərf olunan digər bütün sahələrdə çalışa bilirsə, qarşı cinsin edə bilmədiyi, işdən sonrakı ev-ailə və məişət qayğılarını da çəkirsə, onun yeni, daha mükəmməl həyat arzulması bəzən həm cəmiyyət, həm də ailə tərəfindən niyə qəbuledilməz olsun?

 

Yaşı 40-dan çox olan qadınların potensialı işəgötürən tərəfindən dəyərləndirilmir, ixtisar olunaraq daha gənc qadınlarla əvəz olunurlar.

 

Yaşı 40-dan yuxarı işsiz qadınların çoxluq təşkil etməsi, digər tərəfdən də qadınların pensiyaya çıxmaq qaydalarının mürəkkəbləşdirilməsi qadınların rifah halını aşağı salır. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası almaq hüququ var.

 

 

Dəyişikliyə görə qadınlar üçün pensiya yaşı 65-ə qaldırıldı. Belə ki, bəzi sahələr istisna olmaqla (təhsil, səhiyyə və aşağı faizlə təmsil olunduqları digər dövlət qulluqları) işəgötürənlər tərəfindən yaş məhdudiyyətinə görə işsiz qalan qadınlar tələb olunan 25 il sığorta stajını toplaya bilməyəcək.

 

Nəticədə Azərbaycanda yaşamın maksimal həddi 60-70 yaş arasında olduğundan əksər qadınlar pensiya da ala bilməyəcək.İctimai həyatın mühüm cəhətlərindən biri olan Gender probleminin yaranması mənafe toquşmaları, cəmiyyətin özünün inkişaf dinamikası ilə birbaşa bağlıdırsa onu ölkədə baş verən siyasi və iqtisadi məsələlərlə də, əlaqələndirmək lazımdır.

 

Gender problemini bu prosesləri nəzərə almadan təhlil etmək mümkün deyil.

 

Qadınlar Azərbaycan əhalisinin yarıdan çoxunu təşkil edir və zərərçəkənlərin də durumunun bu həddə gəlib çıxmasının fundamental və sosial tərəfləri var.Araşdırmalar göstərir ki, Gender bərabərsizliyini aradan qaldırmaq üçün doğru yol xəritəsi mental streotiplərdən azad olaraq, cəmiyyətdə ictimai və sosial streotiplərinin formalaşmasına təkan verməkdi.

 

Qadınlara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılmalı, zorakılığa, iqtisadi, psixoloji, fiziki təzyiqə məruz qalmasının, öldürülməsinin qarşısının alınması üçün xüsusi dövlət dəstəyi göstərilməlidir.

 

Qanunlar işlək olmalı, sürətlə vüsət alan Gender probleminin yaranması səbəblərinin aradan qaldırılması üçün tədbirlər görülməlidir. Bərabərlik hüququ insanlar yaşamın mövcud olduğu gündən ay­rı-seç­ki­li­yin bü­tün for­ma­la­rı­na – mil­li, di­ni, ir­qi, cin­si və s. ayrı-seçkiliyə qarşı mübarizə aparıblar.

 

İnsanlar yaşam tarixinin müxtəlif mərhələlərində bərabərliyin bir çox növlərində müsbət nəticə əldə etsələr də, cinslər arasındakı fərqin dərin uçurumu aradan qaldırılmayıb. Yuxarıda qeyd etdiyimiz bir çox inkişaf etmiş ölkələrin bəzilərində, məsələn İsveçrədə gender bərabərliyi tam, bir çoxunda isə qismən təmin olunub.

 

Bə­ra­bər­lik hü­qu­qu Azər­bay­can Kons­ti­tu­si­ya­sı­nın 25-ci mad­də­sin­də öz ək­si­ni ta­pıb.

 

Mad­də­də ha­mı­nın qa­nun və məh­kə­mə qar­şı­sın­da bə­ra­bər ol­ma­sı, ki­şi və qa­dın­la­rın hü­quq bə­ra­bər­li­yi, elə­cə də bə­ra­bər­lik hü­qu­qu ilə qar­şı­lıq­lı su­rət­də bağ­lı olan ay­rı-seç­ki­li­yə yol ve­ril­mə­mə­si prin­si­pi əks olu­nub. Tək­lif olu­nan əla­və­lər­də bə­ra­bər­lik hü­qu­qu­nun və ay­rı-seç­ki­li­yə mə­ruz qal­ma­maq hü­qu­qu­nun məz­mu­nu ge­niş­lən­di­ri­lir, bu hü­quq­la­rın mü­hüm ele­ment­lə­ri (tə­mi­nat­la­rı) Kons­ti­tu­si­ya sə­viy­yə­sin­də təs­bit edi­lir.Reallıq budur ki, Azərbaycan cəmiyyətində din faktoru və dərin kök salmış mental stereotiplər mövcuddur.

 

Statistika Azərbaycanda qadınların 60 faizinin öz ailələri tərəfindən zorakılığa məruz qaldığını, məhz doğmalarının onların sağlamlıqlarına xətər yetirdiyini göstərir. Əksər hallarda isə zorakılığın baş verməsi faktı gizli saxlanılır. Belə hallar qadınların öz hüququları barədə maarifləndirilməsinin lazımi səviyyədə aparılmasının vacibliyini ortaya qoyur.

 

Təhsildən yayındırılma, erkən nigahlar qadın zorakılığına yol açan səbəblərdəndir.

 

Qeyd etdiyimiz kimi qadınlara zorakılıq, qəsdlə zərər yetirmə, qətlə yetirmə cinayətləri əsasən məişət zorakılığı zəminində baş verir.

 

 

Qadınların ailədə tam hüququsuz olması, bu məsələdə onların dövlət dəstəyi almaması, qarşı cinsin onun hüquqlarını tapdalamasına hüquq-mühafizə sisteminin göz yumması faktları qadınların hüquqlarının pozulmasına rəvac verir.2016-cı ildə ölkədə məişət zorakılğı zəminində 897 cinayət hadisəsi baş verib.

 

Qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərində 11.8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərində 22,2 faiz artım, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərində 15.8 faiz, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətlərində 75,0 faiz, digər cinayətlərdə isə 53,3 faiz azalma müşahidə olunub.Qadın cinayətlərinin artması onu göstərir ki, əhalinin sosial, iqtisadi durumu aşağı düşdükcə, ailələrdə psixoloji gərginliklər artır, nəticədə zərər çəkən yenə qadın olur.

 

“Gender bərabərliyi” dən danışanda niyə qadınların müdafiəsi başa düşülür?

 

Cunki cəmiyyətimizdə ən çox hüququları pozulan, şiddətə məruz qalan cins qadındır.

 

“Qadın və kişilər bərabərhüququludur?”sualı ilə sosial sorgu keçirdik. Sorğumuza münasibət bildirənlərin əksəriyyəti birmənalı olaraq “Yox”, dedi. Sorğuda iştirak edənlərin yalnız 9 faizi Azərbaycan Konstitusiyasının qadınların hüquqları barədə maddəsini qeyd etsələr də, bu qanunun kağız üzərində olduğunu, reallaşdırılmadığını bildirdilər.

 

Hətta, numayişkaranə “Qadın kişinin köləsidir”, “2 qoçun başı bir qazanda qaynamaz, peyğəmbərimiz buyurub ki, kişi qadından üstündür”, “Cəmiyyətimizin yazılmamış qanunlarına görə, qadın kişidən bir addım arxada olmalıdır” və sairə bu kimi cavablar verərək məsələni Azərbaycannın hüququ dövlətin olmamamsı, “kişilərin huququ var ki, qadınların haqlarını qabardırsınız?”, kimi fikirlərlə özlərini ifadə edərək Azərbaycanda ümumiyyətlə insanların hüququsuz olması, bəziləri İslam dinin qaydalarına görə kişinin qadının başının ağası olmasının vacibliyi ilə, digərləri kök salmış mental streotiplər ilə əlaqələndirdilər.

 

Sorğu iştirakçılarının yalnız 4 faizi qadın və kişilərin bərabərhüququlu yarandığı kimi, bərabərhuquqlu yaşamağın vacib olduğunu bildirdi.

 

Etiraf edək ki, bəzən demokratik düşüncəli insanlar oldugunu deyənlər belə, gender bərabərliyinin heç bir zaman mümkün olmayacağı dusuncəsindədirlər. Bu da mədəni inkişaf yolu keçmiş, sivil cəmiyyət arzusunda olan təhsilli insanların da qadın- kişi bərabərliyinə birmənalı yanaşmadığını göstərir. Belə ki, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq kişilər hegemonluqlarını əldən vermək istəmir. Necə deyərlər patriarxat üstünlüyünü itirmək istəmir. Elə bu səbəbən də qadınlar öz haqq və hüququları uğrunda aktiv fəaliyyət göstərməli, mübarizə aparmalıdırlar.

 

-Qarşı cinsin maraq dairəsini əhatə etməyən, mövcud durum onlara sərf etdiyi üçün hər-hansı dəyişiklik istəməyən kişilər “Gender bərabərliyi” mövzusunun gündəmə gətirilməsində maraqlı deyillər.

 

-Azərbaycan qadınları ictimailəşmək istəmir, öz hüquqularını bilmədiklərindən məişət zorakılığına məruz qalırlar, şiddət görürlər, qətlə yetirilirlər.

 

-Qadınlarımız zorakılığın hər növü ilə üzləsir, etiraz edə bilmir.

 

Araşdırmalar göstərir ki, psixoloji zorakılığa məruz qalmış qadınlar cəmiyyətə yararlı övlad tərbiyə edə bilmir.

 

Fiziki zorakılıq qadının əzablı həyatına, nəhayət ölümünə səbəb olur.

 

İqtisadi zorakılığa məruz qalmış qadınlar şiddət görsə də, psixoloji təzyiqə məruz qalsa da, iqtisadi asılılıq ucbatından dözməyə, boşanmamağa üstünlük verir. Bununlada qarşı cinsin onun üzərində hegemonluğunu davam etdirməsinə rəvac verir. Yuxarıda sadaladığımız faktlardan yola çıxaraq bu qənaətə gəlmək olar ki, qadının öz hüquqlarını bilməsi və tələb etməsi üçün maarifləndirmə şərtddir.

 

Ki bu mentalitet və din səbəbiylə aparılmır. Qadın azadlığı mentalitet və dinin düşməni olduğu kimi, din və mentalitet də qadınları hüququsuz cəmiyyətə məhkum edən faktorlardır.

 

Baxın Azərbaycanda kişi və qadın bərabərliyi haqda qanun 2006-cı ildə qəbul edilib. Baxmayaraq ki, artıq 15 il keçib hələ də, bu qanun işlək səviyyədə deyil. Bu gün bu qanun adi kağız parçasıdır. Onun hansı formada, kimlər tərəfindən tətbiq ediləcəyi bilinmir. Qanun pozulanda hansı cəzalar tətbiq olunacaq, o da bilinmir.

 

Məsələn, qanunda maddə var ki, iş elanlarında işçinin cinsini qeyd etmək qadağandır, amma, bayaq dediyim kimi, praktikada biz görürük ki iş elanlarında nəinki cinsi, yaşı, bəzi hallarda yaraşıqlı olması tələbi də qeyd olunur. Yaxud, iş yerlərində cinsi qısnamaya məruz qalmaq. Təəssüf ki, bu gün işəgötürəni buna görə cəzalandırmaq mümkün deyil və bunun üçün qanunvericilikdə boşluqları aradan qaldırmaq lazımdır.Əgər ölkədə qanunlar işləmirsə, artıq qadınlara hansısa siyasət tətbiq olunmayacaq.

 

Ona görə qanunlarin tətbiqi mexanizmi də mükəmməl olmalıdır ki, qadınlar hüquqları pozulan zaman qanun vasitəsi ilə öz hüquqlarını müdafiə edə bilsin. İstanbul konvensiyası”nın ratifikasiyası problemlərin aradan qaldırılması üçün körpü rolunu oynaya bilər. Təəssüf ki, bu gün hökümətimiz konvensiyanı imzalayıb ratifikasiya etməyə maraqlı deyil. Bir tərəfdən də insanı ümüdsüzlüyə sürükləyən, İstanbul konvensiyası ratifikasiya edilsə belə şərtlərinə əməl olunacağına olan şübhələrimizdir. bu şübhələrə haqlı səbəblər də var. Azərbaycan zatən bu günə qədər əksər hallarda qadın haqları ilə bağlı qoşulduğu konvensiyaların şərtlərinə əməl edilmir.

 

Qanunvericiliyin tətbiqi, təşviqi o qədər könülsüz aparılırılır, marifləndirməyə doğru sıçrayışlar o qədər ugursuzdur ki, cəhd olunsa belə aydınlandırma həddinə çatdırmaq gücündə deyil.

 

 

Basta