Ermənistanda seçki: Paşinyanın partiyası öndədir
21 iyun saat 07:00-yə qədər MSK erkən parlament seçkilərində bülletenlərin 95,8 faizini sayıb. Bu, 1945 seçki məntəqəsinin nəticələridir (ümumi məntəqə sayı – 2008).
Səslər aşağıdakı kimi paylanıb:
1. “Vətəndaş müqaviləsi” -54.21% (661736 səs),
2. “Hayastan” bloku – 20.89% (255034),
3. “Şərəfim var” bloku – 5.25% (64131),
4. Çiçəklənən Ermənistan – 3,99% (48645),
5. “Respublika” – 3,03% (36940),
6. Erməni Milli Konqresi – 1,52% (18579),
7. “Demokratlar İttifaqı Şirinyan-Babajanyan” – 1.48% (18105),
8. “Milli Dirçəliş Qütbü” – 1.45% (17719),
9. Milli Mühafizəkarlar Hərəkatı “5165” – 1,2% (14635),
10. “Parlaq Ermənistan” – 1,18% (14425),
***
Ermənistan Mərkəzi Seçki Komissiyası 2.008 seçki məntəqəsindən 1.378-nin nəticəsini açıqlayıb.
MSK-ya görə, Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası 56,53%, Robert Köçəryanın “Hayastan” bloku 19,56%, Artur Vanetsyan-Serg Sarkisyan bloku 5,34 %, Qarik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə 4,4% səs toplayıb. Qalanların səsi yüzdə 2-dən aşağı olub.
Seçkidə səsvermə hüququ olan 2.578 milyon vətəndaşdan 1.281.174 və ya 49.4 faizi iştirak etdi.
***
Ermənistanda bu gün keçirilən növbədənkənar seçkilərin ilkin nəticələri açıqlanıb. 80 seçki məntəqəsində sayılan səslərin nəticəsi belədir:
Nikol Paşinyanın rəhbərlik etdiyi partiya 58.04% iilə öndədir. İkinci yerdə 22.01% səslə Robert Köçəryanın “Ermənistan” blokudur.
Üçüncü yeri 5,66% qazanaraq “Mənim şərəfim var” bloku alır. Dördüncü yerdə “Çiçəklənən Ermənistan” partiyasıdır – 5,11%, Ter-Petrosyanın “Respublika” partiyası – 1,66% səs ilə ilk beşliyi tamamlayır.
***
Saat 20: 00-a olan məlumata görə, Ermənistandakı seçkilərdə seçicilərin 49,4 faizi i.tirak edib. Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan məlumat verib.
Onun sözlərinə görə, İrəvandakı seçki fəallığı 51,55% təşkil edib.
Ermənistan bölgələrinə gəldikdə, mənzərə belədir: Aragatsotn – 50%, Ararat – 50.87%, Armavir – 44.47%, Gegharkunik – 45.47%, Lori – 46.73%, Kotayk – 50.08%, Shirak – 41.24%, Syunik – % 60,38 (ən yüksək), Vayots Dzor – 56,05%, Tavuş – 53,48%.
***
Pozuntularla bağlı 21 dəfə polisə müraciət olunub
Ermənistanda saat 14:00-dək seçicilərin 26,82 faizi səs verib.
Səsvermə günü, saat 12: 00-a kimi, Ermənistan polisi seçki pozuntularına dair 21 məlumat alıb, bunlardan 7-də Cinayət Prosessual Məcəlləsinin 180 və 181-ci maddələri cinayət tərkibi olduğu, 14-də cinayət əlamətləri olmadığı bildirilir.
Polisin verdiyi məlumata görə, bir qanun pozuntusu Yerevanda, qalan 6-sı respublikanın bölgələrində qeydə alınıb.
Pozuntulardan dördü təkrar səs verilməsi, biri səsin gizliliyinin pozulması, biri qəsdən əmlaka zərər vurma, biri bədən xəsarəti ilə əlaqədardır.
***
Ermənistanda növbədənkənar parlment seçkilərinə start verilib. Seçkidə 21 siyasi partiya və 4 seçki bloku iştirak edir.
Əsas rəqabət hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyası ilə, sabiq prezident Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” seçki bloku arasında gedir.
Seçici hüququna malik olan vətəndaşların ümumi sayı 2 milyon 600 minə yaxındır.
Partiyalar üçün seçki barajı 4 faizdir, siyasi bloklar isə parlamentdə təmsil olunmaq üçün səslərin azı 8 faizini qazanmalıdır.
Mərkəzi Seçki Kommisiyasının məlumatına görə, saat 11:00-dək seçicilərin 12,2 faizi səs verib.
Deputatlığa namizədin avtomobili atəşə tutuldu
Seçkidə mərkəzçi qüvvələrin birləşdiyi Şirinyan-Babacanyan seçki blokunun rəhbəri Arman Babacanyan seçki günü onun Toyota markalı avtomobilinin atəşə tutulduğunu elan edib.
Polisin mətbuat xidmətindən Aysor.am-a bildirilib ki hadisə saat 09:30 radələrində Nork-Maraş inzibati bölgəsində baş verib. “Hadisənin şərtlərini aydınlaşdırmaq üçün tədbirlər görülür. Araşdırma aparılır ”, – deyə polis bildirib.
Qeyd edək ki, parlament seçkisi tək proporsional seçki sistemi üzrə keçirilir. Əgər səsvermə nəticəsində yalnız iki siyasi qüvvə parlamentdə təmsil olunmaq üçün kifayət qədər səs qazanarsa, qanuna görə, üçüncü, daha çox səs qazanmış siyasi qüvvəyə də parlament üzvü mandatı təqdim olunur.
Siyasi qüvvələrdən heç biri səslərin 50 faizdən artığını qazanmasa və digər parlamentə seçilmiş qüvvə ilə 6 gün ərzində koalisiya təşkil etmək istəməsə, seçkilərin ikinci turu keçirilir. Koalisiya üç siyasi qüvvədən də ibarət ola bilər.
Seçkilərin gedişi yerli və xarici müşahidəçilər tərəfindən izlənir.