Ermənistan Rusiya qarşıdurması
Mustafa Hacıbəyli
Sabah Ermənistanda seçkidir. Amma bu, sadəcə bir ölkədə hakimiyyət uğrunda mübarizə aparan müxtəlif siyasi qüvvələr arasında seçki deyil.
Bu seçkidə rəqiblərdən biri Rusiya, digəri Ermənistandır.
Rusiya bu seçkidə Robert Köçəryanın baş nazir olması üçün əlindən gələni edir.
Ermənistandakı 5-ci kalon tam gücü ilə Köçəryanın təbliğatını aparır. Rusiyayönümlü 4 müxtəlif telekanal və onlarla sayt gecə-gündüz Köçəryan və Sarkisyanın təbliğatını aparır, Nikol Paşinyanı aşağılayır.
Rusiyaya məxsus olan “Qazprom Armenia” şirkətinin rəhbərliyi öz işçilərinə Köçəryana səs vermək tapşırığı verib. Bu şirkətdə 10 minə yaxın işçi var, ailə üzvləri ilə birlikdə on minlərlə səs deməkdir. Təxminən 1,5 milyon nəfərin seçkiyə gedəcəyi proqnozlaşdırılan bir seçkidə bu, balaca rəqəm deyil. Nəzərə almaq lazımdır ki, Ermənistanda elektrikşəbəkə, dəmiryolu kimi bir sıra digər önəmli sahələr də Rusiyanın mülkiyyətindədir.
Ermənistanda bu dəfə tam demokratik seçki keçirilir. Əgər bundan əvvəl Ermənistanda keçirilən seçkilərdə kampaniya dövründə hər müxalifət partiyasına cəmi 2 dəqiqə pulsuz efir vaxtı verilirdisə, indi hər bir partiyaya 24 saat (!) pulsuz efir vaxtı verilir. Müxalifət dövlət televiziyalarında canlı debatlardan imtina edir.
Məhz demokratik seçki keçirildiyi üçün Paşinyan hakimiyyətdən uzaqlaşdırıla bilər. Ola bilər ki, Paşinyan seçkidə birinci yerə çıxsın, amma onun toplayacağı səs maksimum 30-40 faiz çivarında ola bilər. Hökumət qurmaq üçün isə mandatların 54 faizi lazımdır. Ona görə seçkidə ikinci turun olması və ikinci turda Köçəryanın qalib gəlməsi ehtimalı kifayət qədər yüksəkdir.
Başqa bir ehtimal seçkinin birinci turundan sonra müxalifətin seçkini saxta elan etməsi və Rusiyanın köməyi ilə hakimiyyəti devirməsidir.
Azərbaycan hakimiyyəti bu ərəfədə ABŞ və Gürcüstanın vasitəçiliyi ilə 15 erməni hərbçini təhvil verməklə düz addım atdı. Əgər Ermənistanda seçkinin ikinci turu olacaqsa, bu cür addımları davam etmək lazımdır. Ermənistandakı seçkidə Rusiyanın uduzmasına təkan verəcək addımlar atmaq lazımdır. Əgər sərhədi pozmuşuqsa, bundan vaz keçmək lazımdır.
Nəzərə almaq lazimdır ki, əgər Putin bu gün “dostu” Köçəryanı hakimiyyətə gətirmək üçün Azərbaycana dəstək verirsə, sabah “dostunun” hakimiyyətini möhkəmlətmək üçün Ermənistana dəstək verəcək. Yenə uduzacaq, amma yeni qurbanlar olacaq. Nəzərə almaq lazımdır ki, Rusiya heç bir halda Qarabağ münaqişəsinin həll olunmasında maraqlı deyil.
Nəzərə almaq lazımdır ki, Rusiya heç bir halda Qarabağ münaqişəsinin həll olunmasında maraqlı deyil.
Biz isə münaqişənin həll olunmasında maraqlıyıq. Biz qonşularımıza başa salmalıyıq ki, onlar hər addımda onları satmağa hazır olan Rusiyadan əl çəksələr, Azərbaycana qarşı ərazi iddialarından əl çəksələr, öz təhlükəsizliklərini daha etibarlı şəkildə təmin edə bilərlər.
Paşinyan və onun rəhbərlik etdiyi partiya Ermənistanda hakimiyyət şansı olan yeganə qüvvədir ki, Ermənistanın Türkiyə və Azərbaycanla əməkdaşlığının onlara da xeyir gətirəcəyni etiraf edə bilir. Bizim də davranışımız buna uyğun olmalı, rəsmi Bakı Rusiyanın istəklərini yox, Azərbaycanın maraqlarını nəzərə almalıdır.
***
“Gallup İnternational Association”ın Ermənistan nümayəndəliyi iyunun 18-də sosial sorğunun nəticələrini elan edib. Bu nəticələrə əsasən, Ermənistan iyunun 20-də keçiriləcək parlament seçkilərində seçicilərinin 51,1%-i iştirak edəcək. Sorğunu əslində Ermənistanın MPG (Marketing Professional Group) Konsaltinq Şirkətinin keçirdiyini qeyd etmək lazımdır. Bu şirkət 2011-ci ildən Amerikanın Gallup ictimai rəy institutunun nümayəndəliyi qismində fəaliyyət göstərir və sorğuları Gallup İnternational Association markası altında dərc edir. Amma, yenə də, bu, Aram Navasardyanın rəhbərlik etdiyi MPG-dir. Sorğuların nəticələri şübhə doğurur.
Beləliklə, 18 iyun tarixli sorğuda kimə səs verəcəkləri barədə suala respondentlər belə cavab veriblər:
“Ermənistan” bloku – 28,7% (lideri Robert Koçaryan);
“Vətəndaş Mqaviləsi” partiyası – 25,2% (Nikol Paşinyan)
“Şərəfim var” bloku – 10,8% (Artur Vanetsyan);
“Çiçəklənən Ermənistan” partiyası – 5,4% (Qaqik Tsarukyan);
“Maariflənmiş Ermənistan” partiyası – 5,2% (Edmon Marukyan).
Basta