Qarabağda döyüşən Rusiyalı muzdlunun işi üzrə məhkəmə
Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etməkdə ittiham olunan Rusiya vətəndaşı Dubakov Eduardın işi üzrə hazırlıq iclası keçirilib.
Məhkəmədə bildirilib ki, işə mahiyyəti üzrə baxılması iyunun 30-na təyin edilib.
Dubakov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq), 218.2 (cinayətkar birlikdə iştirak etmək), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.
Dubakovun harada və hansı şəraitdə əsir düşdüyü barədə məlumat verilmir.