AXCP üzvləri barəsində həbs qətimkan tədbiri seçilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü İsmayıl Həsənov haqqında həbs qətimkan tədbiri seçildiyi deyilir.
Bu barədə Turana AXCP-dən məlumat verilib.
Məlumata görə, AXCP üzvü İsmayıl Həsənov barəsində Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 186.2.1-ci (Əmlaкı qəsdən məhv etmə və ya zədələmə, zərərçəкmiş şəxsə кülli miqdarda ziyan vurmaqla törədildiкdə), 233-cü (İctimai qaydanın pozulasına səbəb olan hərəкətləri təşкil etmə ) və 315-ci (Haкimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə günahlandırılır.
Bundan əvvəl AXCP daha dörd üzvü – Asif Yusifli, Seymur Əhmədzadə, Ramid Nağıyev və Bəxtiyar İmanov barəsində də eyni ittihamlarla həbs qətimkan tədbiri seçilmişdir.
İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar. Hüquq müdafiəçiləri bu hadisələrla bağlı ümumilikdə 70-ə yaxın şəxsin saxlandığını ehtimal edirlər.Sonradan saxlananlardan bəziləri sərbəst buraxılıb. İyulun 15-də prezident İlham Əliyev də özünün sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında da bu məsələyə toxunmuşdu. O, bunları demişdi: “Mənə verilən məlumata görə, dünən (iyulun 14-də) bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar…”. AXCP isə bəyanat yayaraq prezidentin bu dediklərini təkzib edib.
- * *
2020 İyul 20 (Bazar ertəsi) 19:51:20
AXCP fəallarının həbsi davam edir: bazar ertəsi 6 nəfər həbs edilib
Bakı/20.07.20/Turan: İyulun 20-də axşama qədər polis Xalq Cəbhəsi Partiyasının ən azı yeddi fəalını saxlayıb.
Axşama yaxın Mahir Namazov saxlanılıb. AXCP-dən Turan-a bildiriblər ki, onu küçədə saxlayaraq naməlum istiqamətə aparıblar.
Bazar ertəsi səhər Nicat Abdullazadə, Süleyman Məhərrəmli, Ayaz Məhərrəmli, Baba Süleyman və Ceyhun Novruzov saxlanılıblar.
AXCP-də qeyd ediblər ki, iyulun 15-də keçirilən aksiyadan sonra partiyanın 17 üzvü saxlanılıb. Dörd nəfər buraxılıb, biri isə polis nəzarətinə verilib.
Daha iki nəfərə qarşı cinayət ittihamı irəli sürülüb.
AXCP-nin məlumatına görə, polis iyulun 15-nə keçən gecə nümayiş zamanı iğtişaşlar hazırladıqları və parlamentin binasını ələ keçirməyi planlaşdırdıqları barədə onlardan etirafedici ifadə almağa çalışır. Bununla yanaşı, guya bu təxribatlara dair göstəriş partiya lideri Əli Kərimlidən gəlib. Polis bu həbslərə şərh etmir.
Xatırladaq ki, iyulun 15-də axşam prezident İlham Əliyevin məlum çıxışından sonra müxalifətçi “ovu”na başlanılıb. Dövlət başçısı deyib ki, AXCP üzvləri arasındakı bütün təxribatçıları aşkar etmək və nümayiş zamanı iğtişaşlara görə həbs etmək lazımdır.
Eyni zamanda, o faktiki olaraq etiraf edib ki, mitinq-yürüş kortəbii olub və xalqın erməni təcavüzünə qarşı ədalətli qəzəbindən irəli gəlib.