369 koronavirusa yoluxma faktı aşkarlanıb, 9 nəfər vəfat edib
Ötən sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 369 hal qeydə alınıb. Bu barədə bazar ertəsi Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Eyni zamana 523 nəfər virusdan müalicə olunub, 9 nəfər ölüb.
Ölkədə yoluxanların ümumi sayı 27 890 nəfərə çatıb, müalicə olunanların sayı 19 490, ölənlərin sayı 363 nəfərdir.
İyulun 20-i üçün xəstəxanalarda 8037 nəfər müalicə olunur.
Sutka ərzində ölkədə 6817, cəmi isə 634 min test keçirilib.