Kəlbəcərdə atışma bu gecə də davam edib

Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub.

 

Bu haqda Müdafiə Nazirliyi səhər saat 7:20-də məlumat yayıb.

 

Bildirilir ki, İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

 

Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

Ermənistanın Müdafiə Nazirliyi isə ötən gecə Kəlbəcər istiqamətində Azərbaycan tərəfinin  atəşkəsi pozduğu haqda məlumat yayıb.