AZAL-ın təyyarəsi hava boşluğuna düşdü, sərnişinlər şok yaşadı – VİDEO

Türkiyədən Azərbaycana gələn sərnişin təyyarəsində qorxulu anlar yaşanıb, təyyarə hava boşluğuna düşüb.

 

Apa xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkələrdə videogörüntülər paylaşıblar.

 

Nəticədə sərnişinlər ciddi təlaş keçiriblər. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

 

 

 

“Azərbaycan Hava Yolları”nın İstanbuldan Bakıya yola düşən (J2-176 reysi) A320 təyyarəsi Türkiyə səmasında güclü hava boşluğu zonasına düşüb.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, təyyarə yerli vaxt ilə saat 19:45-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Uçuş zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.⠀

 

Aviaşirkət yaranmış narahatlığa görə sözügedən reysin sərnişinlərinə öz üzrxahlığını bildirir.