11 saylı poliklinikada saxta COVID-19 pasportları verilib – Prokurorluq

Bakı şəhəri, Sabunçu rayonu, 11 saylı şəhər poliklinikasında qanunsuz olaraq COVID-19 pasportunun verilməsi faktı aşkarlanıb, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili İşlər Nazirliyi ilə birgə apardığı yoxlama nəticəsində müəyyən edilib ki, pul müqabilində tibb işçiləri vaksin vurulmadığı halda vaksinasiya haqqında saxta arayış verir.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

 

Cinayətin törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.