Zaqatalada meşəlik ərazidə yanğın yerli sakinlərin köməyi ilə söndürülüb

Zaqatala rayonu, Car kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı 1 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

 

 

Basta