Vaşinqtondan Azərbaycan və Ermənistana çağırış
ABŞ Dövlət Departamenti Ermənistanı və Azərbaycanı atəşkəs öhdəliklərinə əməl etməyə və Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmaq üçün dərhal addımlar atmağa çağırıb.
“Birləşmiş Ştatlar münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə əsaslı danışıqlara bir an əvvəl qayıtmağa çağırır” – deyə, ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.
Vaşinqton həmçinin Yerevanı və Bakını danışıqlara qayıtmağa və münaqişənin uzunmüddətli həllinə nail olmağa çalışmağa çağırır.
Dövlət Departamenti əmindir ki, yalnız hərtərəfli həll iki ölkə arasındakı münasibətləri normallaşdırmağa və bölgədə sülhü təmin etməyə imkan verəcək.
Basta