Növbəti tədris ili üçün tətil günləri açıqlanıb

 

Ümumi təhsil müəssisələrində 2021-2022-ci dərs ili üçün tətil günləri açıqlanıb.

 

Bu barədə ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrdə qeyd edilib.

 

Əmrə əsasən, dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

 

Dərs ili iki yarımilə bölünür:

 

birinci yarımil – 15 sentyabr – 26 yanvar;

 

ikinci yarımil – 1 fevral – 14 iyun.

 

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:

 

5 gün payız tətili (16-20 noyabr);

 

5 gün qış tətili (27-31 yanvar).

 

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).