ABŞ sakini peyvənd olunanlar arasında keçirilən lotoreyada 2 milyon dollar qazandı

 

“Associated Press” xəbər verir ki, Miçiqan sakini Kristina Duvall, koronavirus peyvəndi alan insanlar arasında keçirilən lotoreyada cekpotu qazanıb. Uduşun məbləği iki milyon dollardır.

 

Kristina Duvall bu uduşun ailəsinin “bütün arzularını” yerinə yetirməyə imkan verəcəyini söyləyib. Vəsaitin bir hissəsini üç uşağı kollecdə oxutmaq və evi təmir etmək üçün istifadə edəcək, bir hissəsini isə psixi sağlamlıq problemi olanların müalicəsi üçün ianə edəcək.

 

Miçiqan ştatında vaksin lotoreyası, insanları koronavirusa qarşı peyvənd almağa həvəsləndirmək üçün iyul ayında başlayıb. Peyvənd edilənlər arasında hər gün 50 min dollarlıq lotereya oynanılır. Bundan əlavə, peyvənd olunmuş 12-17 yaş arası doqquz məktəbli dörd illik təhsil təqaüdü alıb.

 

Dövlət rəsmilərinə görə, lotereyada iştirak etmək üçün 2.4 milyon yerli sakin qeydiyyatdan keçib, 106 min lisey şagirdi təqaüd üçün müraciət edib.

 

Bunun sayəsində 11 iyuldan başlayaraq Miçiqanda koronavirus peyvəndini vurduran insanların sayı hər gün artmaqda davam edir.

 

Basta