Bayden: “Kabil hava limanındakı partlayışların qisasını alacağıq”

Məsələ ilə bağlı BBC-yə məlumat verən, lakin adının çəkilməsini istəməyən bir səhiyyə işçisi deyib ki, ötən gün günortadan sonra iki ardıcıl partlayışda ölənlərin sayının 90-a çatıb. Ən azı 150 nəfər yaralanıb.

 

 

Reuters agentliyinin bir Taliban rəsmisinə istinadən verdiyi xəbərə görə, ölənlərdən ən az 28-i Taliban üzvləridir.

 

 

Hücumdan sonra təxliyə işləri sürətlənib. Ağ Ev rəsmisinin sözlərinə görə, təxminən iki həftə ərzində Kabil Hava Limanından təxliyə edilən insanların sayı 100 min nəfəri keçib.

 

ABŞ Prezidenti Joe Biden Kabil Hava Limanındakı partlayışlarla əlaqədar mətbuat konfransı keçirib.

ABŞ-ın ölkəni tərk etdiyi günlərdə baş verən hücum ABŞ Əfqanıstana girdikdən bəri ən çox ABŞ əsgərini öldüyü quru hücumu olub. Hücum ABŞ-ın geri çəkildiyi və Talibanın “təhlükəsiz keçiddən məsul olduğu” bölgədə olduğu üçün Biden kütləvi tənqid olunub.

Geri çəkilmə qərarına sadiq olduğunu və “20 illik müharibənin başa çatmasının vacib olduğunu” ifadə edən Biden, baş verənlərin hamısının məsuliyyətini üzərinə götürdüyünü söyləyib.

O, Kabildə “çox çətin bir gün” keçirdiklərini deyərək “bu bir müddətdir narahat olduğumuz və haqqında danışdığımız bir terror aktıdır” deyib.

Partlayışlardan əvvəl ABŞ və bəzi Qərb dövlətləri Kabil Hava Limanında təhlükə ilə bağlı xəbərdarlıq etmişdilər.

BBC