Azər Həsrəti polis döyüb? İddia
Sentyabrın 15-də səhər saatlarıında Zarat postunda polis əməkdaşı Azər Həsrəti döyüb. Bu haqda “Basta”ya yerli jurnalistlərdən biri məlumat verib.
“DYP postunda Azər Həsrəti döyüblər. Onun yanında bir hərbçı də olub” – deyə hadisə şahidlərindən biri bildirib.
“Az sonra onu içəri aparıblar. Təxminən 10 dəqiqə sonra jurnalist sakitcə içəridən çıxıb maşınına əyləşib, və sürüb gedib. Hərbçi də onunla gedib. Polis hərbçinin də sənədlərini yoxlayıb, onunla da əsəbi danışıb” – deyə, mənbə bildirir.
Azər Həsrətin məsələyə münasibətini dərc etməyə hazırıq.
Basta