1 dollar 50 sentə düşən prezident fərmanı

Nemət Əliyev, iqtisadçı
.
Hökumət yenə gurultulu açıqlama ilə çıxış edib: guya 2025-ci ilə qədər qeyri-neft ixracı 2 dəfə artırılacaq.
.
Amma çox eşitmişik belə gurultulu bəyanatları. Bu da onlardan biri. İlham Əliyev hələ 29 dekabr 2012-ci ildə imzaladığı fərmanla “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası”nı təsdiq edərək elan etmişdi ki, qeyri-neft sektoru üzrə adambaşına düşən ixracın həcmini 2020-ci ildə 1000 ABŞ dollarına çatdıracaq (bax: https://president.az/files/future_az.pdf, səhifə 10). Bəs prezidentin təsdiq etdiyi proqnozun axırı necə oldu? “1000 dollar” söhbəti həllini tapdımı? Dəqiqləşdirək.
.
Rəsmi məlumatlara görə 2020-ci ildə Azərbaycan 1851,3 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib. Orta illik əhali sayının 10 milyon nəfərdən bir az çox olmasını nəzəra alsaq, adambaşına düşən qeyri-neft ixracının 2020-ci ildə 183,9 dollar olması məlum olur (1851,3:10,067=183,9 dollar). İndi özünüz nəticə çıxarın: 1000 dollar hara, 183,9 dollar hara? Belə çıxır ki, ötən 8 il ərzində prezident fərmanı ilə təsdiq olunmuş proqnoz göstəricinin heç yan-yörəsinə də yaxın düşə bilməyiblər.
.
Fərmanın imzalandığı 2012-ci ildə adambaşına düşən qeyri-neft ixracının həcmi 182,4 dollar təşkil edib. Deməli, İlham Əliyevin rəhbərlik etdiyi hökumət adambaşına düşən qeyri-neft mallarının ixracını 8 ilə vur-tut 1 dollar 50 sent artıra bilib (183,9-182,4=1,5 dollar). Halbuki 2012-ci ildəki göstəricini 2020-ci ilədək 817,6 dollar və ya 5,5 dəfə artırmağı boyunlarına çəkmişdilər.
.
Bəs niyə tutmadılar sözlərini? Prezident fərmanı niyə bu dərəcədə urvatsız edilib? Xalqa şirin vədlər verən nazirlər, millətin başı altına yastıq qoyan deputatlar, çeşidli nağıllar uyduran YAP-ın siyasi şura üzvləri öz əməlləri ilə prezident fərmanının 1 dollar 50 sentə düşməsinə niyə şərait yaradıblar? Bəs əksər hallarda dediklərinin fərqinə varmaqda çətinlik çəkən məddahlar buna necə dözüblər?..
.
Ən yumşaq şəkildə ifadə etsək, “Rəzalətdir!” deyə bilərik. Bütün bu olub-keçənlərdən sonra növbəti gurultulu bəyanatla çıxış etmək həvəsinə düşmək isə daha böyük rüsvayçılıqdir. Amma bilmək gərəkdir ki, sabun köpüyünə oxşar bəyanatlarla xalqın qarnını doydurmaq, insanları irəli aparmaq, bu şəkildə yola vermək sadəcə mümkün deyil.
.
Возможно, это изображение (текст «İllar 2012 İxrac olunan qeyri-neft mallarının adambaşına düşan hacmi, ABŞ dolları ila 182,40 190,70 180,37 164,83 127,46 156,82 170,66 195,80 183,90 2013 2014 2015 2016 2017 2018 2019 2020 Azarbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Farmanı ila 2020-ci ila verilan proqnoz Qeyd. DSK-nın va DGK-nin rasmi malumatları asasında tartib etdi: Nemat eliyev 1 000,00»)
.
Basta