Ermənistan keçmiş müdafiə naziri David Tonoyan saxlanılıb

Ermənistanda keçmiş müdafiə naziri David Tonoyan saxlanılıb, bu barədə yerli KİV-lər məlumat yayıb. “Qrapark” nəşrinin məlumatına görə, Tonoyan həbs ediləcək.

 

Mənbənin məlumatına görə, “növbədə” digər sabiq nazir – Seyran Ohanyan və Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturov var.

 

Ötən şənbə Ermənistanın Milli Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin keçmiş idarə rəisinin Tonoyanın nazir olduğu dövrdə dələduzluq törətmək ittihamı ilə həbs edildiyi barədə məlumat yayıb.