“Marsel”-“Qalatasaray” oyununda qarşıdurma: Bir neçə yüz türk azarkeşi on minlərə dirəniş göstərdi
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransada keçirilən “Marsel” – “Qalatasaray” matçı azarkeşlərin toqquşması səbəbindən 38 -ci dəqiqədə dayandırılıb. Fransız və türk azarkeşlər bir-birinə flayerlər atıblar.
Türkiyə mətbuatının yazdığına görə, hadisə fransız azarkeşlərin PKK və erməni terror təşkilatlarının bayraqlarını qaldırdıqdan sonra baş verib.
Bir neçə yüz “Qalatasaray” azarkeşi rəqib meydanının tribunalarında on minlərə dirəniş göstərib. Türkiyə komandasının baş məşqçisi tribunaya yaxınlaşaraq “Qalatasaray” azarkeşlərini şəxsən sakitləşdirməyə çalışıb.
Qeyd edək ki, Marsel Fransada ermənilərin ən çox yaşadığı şəhərdir.
Fasilədən sonra oyun davam edib və 0:0 hesabı ilə başa çatıb. Rəqib meydanında vacib xal qazanan “Qalatasaray” 4 xal ilə qrupun lideridir.
Basta