Apellyasiya Məhkəməsi Müsavat fəalını həbsdə saxladı

Müsavatçı Rövşən Hüseynovu Bakı Apellyasiya Məhkəməsi qanunsuz olaraq həbsdə saxladı. Bu barədə vəkili Nemət Kərimli açıqlama verib.

 

 

 

 

***

 

“Hökumət müxalif fikir daşıyıcılarına qarşı yeni repressiv dalğa başladıb, fasiləsiz surətdə qurama ittihamlar əsasında inzibati və cinayət təqibləri həyata keçirilir, siyasi yüklü qanunsuz cəzalandırmalar geniş vüsət almaqdadır”. Bu haqda “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı məlumat yayıb.

 

Məlumatda qeyd edilir ki, hökumətə müxalif olan Müsavat Partiyasının üzvü Rövşən Hüseynov mülki geyimdə olan bir qrup şəxs tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. O, bir neçə saat polis bölməsində saxlanıldıqdan sonra polisin tələblərinə tabe olmama iddiası ilə 25 sutka inzibati qaydada həbs edilib.

 

Müdafiə Xətti xatırladır ki, Rövşən Hüseynov həbsinədək Novxanı kəndində Müsavat Partiyası üzvlərinin M.Ə.Rəsulzadənin abidəsinin ziyarəti ilə bağlı tədbirinə polisin qeyri-qanuni müdaxiləsinə dinc surətdə etiraz edib. Sosial şəbəkələrdə yayılmış görüntülərdən aşkar görünür ki, müxalif fəal Rövşən Hüseynovun polis əməkdaşlarının qanuni tələblərinə və s. tabe olmama barədə irəli sürülən rəsmi versiya əsassızdır.

 

Müdafiə Xətti müsavatçı fəalın dərhal azadlığa buraxılmasını, ölkədə kəskinləşən repressiv mühitin aradan qaldırılmasını, əsas insan hüquq və azadlıqlarına, eləcə də siyasi haqlara hörmət ruhunda rəsmi hüquq siysətinin yürüdülməsini tələb edir.

 

Basta