Müsavat və HƏP rəhbərliyi arasında görüş keçirilib
Oktyabrın 29-da Müsavat Partiyasının Başqanı Arif Hacılı ilə HƏP sədri Əli İnsanov arasında görüş keçirilib. Bu haqda Əli İnsanov özünün feysbuk səhifəsində məlumat yayıb.
“Bu gün Azərbaycan gündəmində mövcud olan problemlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Görüş qarşılıqlı anlaşma şəraitində keçdi” – deyə, Əli İnsanov bildirib.
HƏP-in qərargahında baş tutan görüşdə Müsavat başqanının müavini Fərəc Kərimli və HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli iştirak ediblər.
Basta