Elçibəyin məzarı ziyarət edildi
Azərbaycan milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin vəfat etməsindən 25 il ötdü. Bununla əlaqədar avqustun 22-də Müsavat Partiyasınn rəhbərliyi və bir qrup fəalı Fəxri Xiyabanda Elçibəyin məzarını ziyarət ediblər.
Anım tədbirində Müsavat Məclisinin sədri Arif Hacılı, BAB sədrinin müavini olmuş Əjdər Tağızadə və siyasətçi Aqil Səmədbəyli çıxış etdilər. Ziyarətçilər mazara gül dəstələri qoyub və Azərbaycanın himnini oxuyublar.