Şuşa yaxınlığındakı postda qumbara atıldı – üç hərbçimiz yaralandı – Video
Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında Azərbaycan və Rusiya sülhməramlı kontingentinin hərbçilərinə doğru əl qumbarasının atılması nəticəsində üç nəfər xəsarət alıb, Azərbaycan hüquq-mühafizə orqanlarının yaydığı açıqlamasında deyilir.
Azərbaycan Baş Prokuroluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, insident şənbə günü səhər saat 07:12-də baş verib.
Rəsmi açıqlamada deyilir ki, Ermənistan vətəndaşı Norayr Mirzoyanla “qeyriləri cinayətkar birlik halında” Xankəndi-Laçın yolunda “qəsdən adam öldürmək məqsədilə” idarə etdiyi “avtomobildən düşüb” Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan və Rusiya sülhməramlı kontingentinin hərbçiləri istiqamətində əl qumbarasını atmışdır.
Nəticədə çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Hadisə ilə əlaqədar “terrorçuluq-odlu silahdan” istifadə etməklə törədilən adam öldürməyə cəhd də daxil, bir neçə maddə üzrə cinayət işinin açıldığı qeyd olunur.
İnsidentlə bağlı hər-hansı şəxsin həbs olunub-olunmaması barədə məlumat verilmir.
Sosial mediada hadisə yerindən çəkildiyi iddia olunan videolardan birində hərbi posta avtomobilin yaxınlaşdığı zaman orada duran hərbçilərin yanında partlayışın baş verdiyini görmək olar. Daha bir videoda Rusiya sülhməramlıları bir nəfəri hərbi avtomobilə mindirirlər. Rusiya sülhməramlı kontingenti hadisəyə hələ ki, münasibət bildirməyib.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır, Baş Prokuroluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
Ermənistan mediası Şuşa-Laçın yolunun bağlanması barədə məlumat verib.