Armen Qriqoryan: “Bakı ilə razılaşma var idi”

 

“Azərbaycanla razılaşma var idi ki, Ermənistan alternativ yol hazır olana qədər Gorus-Qafan yolunun onun ərazisindən keçən  hissəsindən istifadə etsin”.

 

Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın ictimai televiziyasına müsahibəsində deyib.

 

 

“Noyabrın 11-də gecə yarısından başlayaraq Azərbaycan tərəfi sərhəd və gömrük məntəqələri qurub. Biz bu yoldan da  istifadə edə bilərik. Lakin artıq  təmir edilmiş və  keçid üçün tam yararlı alternativ yolumuz var”.

 

Sərhədlərin delimitasiyası və demarkasiyası işləri aparılmadığı halda Azərbaycan niyə gömrük-keçid məntəqələri yaradır” sualına Qriqoryan belə cavab verib:

 

“Biz sağlam düşüncə məntiqi çərçivəsində hərəkət etdik. Xəritələr var. Yayınma maksimum bir neçə yüz metr ola bilər”.

 

Basta